Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb, 1 nəfər vəfat edib Hadisə

Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb, 1 nəfər vəfat edib

Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir. "Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur", - deyə məlumatda bildirilir.