Ramin Bayramlı: “Düşünməməliyik ki, regionlara səfər edəcək, adi qaydada yaşayacağıq” Hadisə

Ramin Bayramlı: “Düşünməməliyik ki, regionlara səfər edəcək, adi qaydada yaşayacağıq”

“Vətəndaş qəbulu həyata keçirən qurumlar, ictimai nəqliyyatda davranış, qida məhsullarının satışı həyata keçirilən sahələrlə bağlı qaydalar hazırlanacaq”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Turizm və otelçilik sahələrində fəliyyətə icazə verildiyi təqdirdə düşünə bilmərik ki, digər regionlara səfər edəcək, adi qaydada yaşayacağıq. Yaxın bir ildə normal fəaliyyətə dönmək barədə düşünməməliyik. Bu sahə ilə bağlı da qayda hazırlanıb. Beşinci sahə - ictimai iaşə, bərbərxana, restoranlar, kafelərlə bağlıdır. Bunlar üçün ayrıca təlimat, qaydalar hazırlanır. Müxtəlif ticarət və ofis sahələri üçün də qaydalar növbəti təlimatda əksini tapıb. Bu qaydalar təsdiqlənəcək və sabahdan koronavirus.az saytında yayımlanacaq. Hamını bu qaydaları mənimsəyə dəvət edirik. Bəzi müəssisələrdə tibbi xidmət məntəqələrinin yaradılması, fərdi qoruyucu vasitələrlə bağlı təlimatlar həmin qaydalarda əksini tapıb. Vətəndaşlarımız həmin qaydaları qısa müddətdə əldə edə biləcək”, - deyə R. Bayramlı qeyd edib.