Son bir ayda karantin rejimini pozan 45 mindən çox hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib Hadisə

Son bir ayda karantin rejimini pozan 45 mindən çox hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.