Özəl müəssisənin sahibinin icazəsi olmadan... Hadisə

Özəl müəssisənin sahibinin icazəsi olmadan...

Allahşükür Paşazadə: "...orada namaz qılmaq olmaz"

"Müəllimlər işlədikləri özəl müəssisənin sahibinin icazəsi olmadan orada namaz qıla bilməz".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytının verdiyi məlumata görə, bu barədə QMİ sədri Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var. "Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyyə olunur".