Rafiq Məmmədhəsənov televiziyalardan gileyləndi Hadisə

Rafiq Məmmədhəsənov televiziyalardan gileyləndi

"Hamısında şou və mətbəx verilişləri gedir"

"Televiziya kanallarının hansını açırsan, şou və mətbəx verilişləri gedir. Mən hərbi hissələrdə olmuşam. Oradakı hərbi qulluqçular xahiş edirlər ki, televiziya kanallarımızda heç olmasa həftədə bir dəfə hərbi-vətənpərvərlik verilişləri yayımlansın".
Bunu Milli Məclisin bugünkü iclasında deputat Rafiq Məmmədhəsənov "Hərbi qulluqçuların statusu haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, cəbhə xəttindən təhsil almağa gələn gənclərə güzəştlər edilməlidir.
Sonda deputatların səsverməsi ilə qanun layihəsi qəbul edilib.