ADP bələdiyyə seçkilərinə qatılmayacaq Hadisə

ADP bələdiyyə seçkilərinə qatılmayacaq

Sərdar Cəlaloğlu: " Üzvlərimiz seçkilərə qatılmaqda həvəsli deyil "

"Maliyyə problemləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak etməyəcəyik". Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bələdiyyə seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin sayı kifayət qədər deyil: "Üzvlərimiz seçkilərə qatılmaqda həvəsli deyil. Bu da maliyyə imkanları ilə bağlıdır. Partiya bələdiyyə seçkilərində iştirak edərsə, 900 namizəd irəli sürməlidir, bu da xeyli maliyyə tələb edir. Bunu nəzərə alıb partiya olaraq seçkilərdə iştirak etməyəcəyik. Lakin partiya üzvləri seçkiyə fərdi qaydada qatıla bilər, biz onlara dəstək verəcəyik".