

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 11-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar sessiyada iştirak edərək maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.