XİN “E-bay”la bağlı açıqlama Hadisə

XİN “E-bay”la bağlı açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi dünyanın ən böyük alış-veriş saytlarından biri olan "E-bay"da separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının daxil edilməsi məsələsini araşdırır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinə təlimat verilib.
"Müvafiq araşdırılmalardan sonra həmin saytda lazımi düzəlişlər edilməsi istiqamətində addımlar atılacaq", - H.Hacıyev bildirib.
Qeyd edək ki, E-bay-ın səhifəsi separatçı "respublika"ları da müstəqil subyekt kimi tanıyıb.
Sayta daxil olarkən Cənubi Qafqazdakı qondarma "Dağlıq Qarabağ", "Abxaziya" və "Cənubi Osetiya" rejimlərinin "bayraq"ları göstərilib ki, bu da həmin ərazilərdə xidmətə daxil edildikləri anlamına gəlir.