Orduda əsgərlər təsərrüfat işlərindən azad olunur Hadisə

Orduda əsgərlər təsərrüfat işlərindən azad olunur

Müdafiə Nazirliyi sistemində xidmət edən əsgərlərin təsərrüfat işlərindən azad olunması prosesi davam edir.
Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı "Media forum" saytına deyib ki, əsgərlərin təsərrüfat işlərindən azad olunması mərhələ-mərhələ həyata keçirilir: "Əsgərlər təsərrüfat işləri ilə məşğul olmayacaqlar. Nazir Zakir Həsənovun bununla bağlı müvafiq əmri var. Əmrin icrası, yəni əsgərlərin təsərrüfat işlərindən azad edilməsi üçün hərbi hissələrdə yemək bişirən, paltar yuyan, təmizlik işləri aparan mülkü şəxslərin işə qəbulu həyata keçirilir. Proses sürətlə davam edir. Bu, bütün hərbi hissələrdə tətbiq olunacaq".
Vaqif Dərgahlı təsərrüfat işlərində çalışmaq üçün indiyədək Müdafiə Nazirliyinə neçə nəfər mülki şəxsin işə qəbul olunduğunu açıqlamayıb.