UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
15 Mart 2021 13:15
1 981
Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 138,4 mln. manat xərcləyib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 51% və ya 47,1 mln. manat artıb.
Cari ilin fevral ayında satışların həcmi 69,7 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% və ya 1 mln. manat artıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,7 faiz bəndi çoxdur.
Hüseyn Vəliyev