“Türkiyənin Osmanlı adlandırılması mümkünsüzdür” Hadisə

“Türkiyənin Osmanlı adlandırılması mümkünsüzdür”

"Türkiyənin adının dəyişdirilərək Osmanlı adlandırılması real görünmür". Bu sözləripolitoloq Elşən Musayev bildirib. Onun sözlərinə görə, indiki dövrdə hər hansısa bir dövlətin adının dəyişdirilməsi heç də asan məsələ deyil: "Rəcəb Tayyib Ərdoğan çox ağıllı siyasətçidir. Onun güclü iradəsi, qətiyyəti bu günün özündə də Türkiyə dövlətinin üzərində özünü saxlamaqdadır. Hər nə qədər hakimiyyət qanadları fərqli olsa da, bir növ bütün gözlər hər zaman Ərdoğanın üzərində olur. Ölkənin adının dəyişdirilməsi məsələsi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı qarşılanma mərasimi fonunda meydana çıxıb. Bu qarşılanma ən hörmətli qonaqlara edilən jest kimi qəbul edilməlidir. Mənim fikrimcə, bugünkü şəraitdə Türkiyə höküməti ad dəyişilməsi məsələsini o qədər də ciddi qəbul etməyəcək. Bütün bunları nəzərə alaraq demək olar ki, Türkiyənin Osmanlı adlandırılması mümkünsüzdür. Azərbaycan üçün isə Türkiyə və ya Osmanlı adının elə bir önəmi yoxdur. Bütün hallarda Türkiyə Azərbaycanla müttəfiq, qardaş dövlətdir. Türkiyə Azərbaycanı bir tək dövlətçilik maraqları konteksindən deyil, ümumən qanı ilə, canı ilə dəstəkləyən ölkədir. Ona görə də dövlətin adı dəyişdirilərsə də, Azərbaycan-Türkiyə münasibətləri indiki xəttlə davam edəcək".

Əli