“Novruz bayramının dinlə əlaqəsi yoxdur” Hadisə

“Novruz bayramının dinlə əlaqəsi yoxdur”

Mübariz Qurbanlı: "Əslində bəşəriyyətdə həmişə yeni ilin gəlişi baharın gəlişi ilə olub"

"Novruz xalqımızın ən qədim bayramlarından biridir. Bu bayramın dinlə əlaqəsi yoxdur". "Trend" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Komitə sədri qeyd edib ki, Novruz bayramı yeni ilin gəlişi bayramıdır: "Əslində bəşəriyyətdə həmişə yeni ilin gəlişi baharın gəlişi ilə olub. Qədim Romada, Yunanıstanda, Misirdə, Hindistanda yeni ili baharın gəlməsi ilə qeyd ediblər. Çünki baharda həyat canlanır, torpaq oyanır və s. Ona görə yeni il kimi qeyd olunub.
M.Qurbanlı gözəl bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edib: "Novruz yeni gün deməkdir. Bu, çox gözəl bayramdır. Bayram münasibətilə bütün xalqımızı, o cümlədən YAP-ın üzvlərini təbrik edrəm, insanlara cansağlığı, uğurlar, bahar təravəti, rifah arzu edirəm. Biz güclü dövlət qurmuşuq, ölkəmiz inkişaf edir. Möhtərəm Prezidentimiz başda olmaqla Azərbaycan xalqı bu bahar bayramını yeni-yeni uğurlarla qeyd edir. Bir daha bütün ölkə vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edirəm!"