MOK və KİVDF-dən jurnalistlər üçün müsabiqə Hadisə

MOK və KİVDF-dən jurnalistlər üçün müsabiqə

Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Avropa Oyunlarının ölkəmiz üçün müstəsna əhəmiyyətinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir
Müsabiqə "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda keçirilir.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:
- Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
- Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
- Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
- Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan, Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir.
Qəzetdə dərc olunmuş yazıda "Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Yazıların qəbulu 08 aprel 2015-ci il tarixdə başlayır, 15 may 2015-ci il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub:

I yer - 700 manat
II yer - 500 manat
III yer - 300 manat

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (150 AZN) veriləcək.
Qaliblər, həmçinin Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında www.kivdf.gov.az saytında ətraflı məlumat əldə etmək olar.