Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib Hadisə

Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 9-da Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Kəmaləddin Heydərov FHN-in fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.
Öz növbəsində, Daud Şah Saba bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan FHN-lə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.