Rauf Mirqədirovun həbs müddəti uzadılıb Hadisə

Rauf Mirqədirovun həbs müddəti uzadılıb

Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə APA-ya Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.
Elmar Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Ötən il aprelin 19-da saxlanılan Rauf Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra Raif Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.