Tural Balabəylinin nagılı Mədəniyyət

Tural Balabəylinin nagılı

Turalın seir yazdığını eşidəndə elə sevinmisdim ki…

Nə gizlədim, bir az da kədərlənmişdim. Fikirləşmişdim ki, Tural da atası Faiq Balabəyli kimi ağır bir yükün altına girdi... zərif çiyinləri ilə. Və atasının ömrü boyu qələmlə çarpışdığını və əlini ürəyinin üstünə qoyduğunu görə-görə girmisdi bu yükün altına Tural...
İmzası görünəndən, ara-sıra dərc olunmağa başlayandan onun haqqında maraqlı fikirlər dedilər: "Tural ədəbiyyatda sonbeşik nəvəmdir. Ona şeirin əlifbasını öyrətməyə başladım. Öyrəndimi? Öyrəndi. Və budur, kitabı ilə oxucuların görüsünə gəlib". Bu fikirlər böyük şairimiz Vaqif Səmədoğlunun Turalın ilk kitabına yazdığı fikirlər idi. Tural ilk dərsini atasından alsa da, xeyir duasını Vaqif Səmədoğludan aldı. Bu da hər adama nəsib olmur. İstedadlı şair Aqsin Yenisey ondan bəhs etdiyi yazısında : "Turalda həqiqətən ədəbiyyat yanğısı var"- dedi.
Doğrudur, oğul çox vaxt xarakter etibarı ilə atasına bənzəyər. Tural da istiqanlılığı, səmimiyyəti ilə Faiq Balabəyliylinin eynidir. Turalda haqsızlığa özünəməxsus etiraz va. Eynilə atası kimi.
Gənc şair Tural anasının ona danısdıgı nağıldan təzəcə ayrılmısdı ki, özünün nağıl dünyasını yaşadı - "Nağıl" şeirini yazdı:
Sənzizlik
məni məndən aldı,
gecələrin birində
tamam məhv oldu ruhum.
Məni məndən oğurlayıb
həbs etdiyin qəlbinə
İllər sonra deyəcəksən:
Biri vardı, biri yox...
Fikir vermişəm, Tural çox danısmagı xoslamır. O, həm də tay-tusları arasında belə özünü təbliğə cəhd etmir, şahidi olmusam. Buna təvazökarlıq demək olar...
Tural çox darıxandır. Onunla rastlasanda hal- əhval tutub da tez gözdən itir. Bilirəm ki Tural darıxmağa gedir. Bəlkə də "Darıxmağ"ın səklini çəkməyə…
Darıxmaq nədir, bilirsənmi?
Darıxmaq soyuqdan sırsıra bağlayan,
istidən buğlanan şüşələrə
Adını yazmaqdır.
Darıxmaq
Uzaqlara baxınca gözlərinin yaşlanması
Ürəyinin sinəni deşəcək qədər
çırpınmasıdır.
Darıxmaq
gördüyün hər kəsdə
səndən nəsə axtarmaq
sənə bənzətməkdir.
Darıxmaq
gəlməyəcəyini bilərək
hər yeni günə ümidlə başlamaqdır.
Darlxmaq nədir bilirsənmi?
Darıxmaq
adını sayıqlayaraq
ölümü gözləməkdir."
Tural ilk kitabının adını "Bütün kişiləri mən biləcəksən " qoydu. Bu adın da özündə Turalın özünəməxsusluğu var. Çünki o öz əqidəsinə, sözə inandıgı kimi inanır...və ürəklə deyir:
Bu mənəm,
Mənə çox sevdiyini söylə
yalan da olsa inanacam.
O da çox sevmiş
kədərlənmiş,
aglamış deyə
izah edəcəyəm
dost məclislərində.
Mənə çox sevdiyini söylə,
ölüm gəlmədən...
Bilirəm,
qəbristanlıgın
ən qərib,
ən sahilsiz
məzarı mənim olacaq...
Mənə çox sevdiyini söylə,
Yalan da olsa inanacam...
Turalın özü haqqında çox danısmaq istəyirəm. Amma şeirləri qoymur danısmağa. Çünki onun seirləri oxucu ilə danısa bilir. O, şeirlərində "HƏSRƏTİN" də şeirlərini çəkir, eynən DARIXMAĞIN həsrətini çəkdiyi kimi:
Dünən də beləydi,
bu günün sənə olan həsrətini yaşayırdım…
Dilimdəki nəğmələr,
gözlərimdəki yaşlar da
bu həsrətin nişanəsi idi…
Bu bədən – bu əl, bu barmaqlar
adını pıçıldayan dodaqlar həsrət idi sənə
Yatağımda xəyalların gətirəcəyi istiliyin
soyuqluğundanüşümüşdüm dünən..
Bu gün də eləcə…
Yastığımın da həsrət qaldığı sənə
toxuna bilmirəm.
mən sənə əski əlifba ilə
yazılan məktubam,
oxuna bilmirəm…

Bir neçə il öncə bir şeir yazmışdı Tural:
Bu gün iyulun üçüdü.
Bu gün düz 18 il bundan qabaq
dünyaya göz açdıgım gündür.
Atamın mənə Türkmənistandan
Teleqramla ad qoydugu gündür
bu gün
"Atasından Turala salam var..."
Bu gün həmin gündür.
İyulun "3"dür bu gün.
Tural, mən də bu yazını Gədəbəyin daglarına söykənib İyulun üçünə rahat yazıram. Ona görə rahatam ki sən hərbi xidmətdəsən. Əlində silah, köksündə çırpınan yumruq boyda ürəyində dünya boyda sevgin var.
Bizi qoruyursan, bir əlində qələm, o biri əlındə silah Vətəni qoruyursan.
Qələmlə silah birləsəndə Vətən bölünməz olur! Qələminə, silahına ruhuna esq olsun, Tural.

Fərqanə Mehdiyeva