“Şeşəngi” saz havası Mədəniyyət

“Şeşəngi” saz havası

Yüksək maddi-mədəni, mənəvi-ruh dəyər¬lərinə malik olmayan xalq yaddaşı dastana, nəğməyə çevrilməzdi, dastansız, nəğməsiz xalq da öz keçmiş dünyasını dərk edə bilməzdi

1-ci yazı

Türk ruhunun minilliklərlə yoğrulub sümükləşmiş təkrarsız xüsisiyyətlərini müa¬sir dövrdə də olduğu kimi qoruyub saxlayaraq xalqı tərbiyələndirən əsas ictimai-mədəni, mənəvi-ruh sahələrindən biri, şübhəsiz ki, aşıq yaradıcılığıdır. Həmin cəhətdən xalqın keçmişi ilə bu günü arasında canlı əlaqə yaratmağına, həm də bü¬tün¬lük¬lə özündə xalqın qədim mifopoetik yaradıcılıq, arxaik, epik janrlarının xü¬su¬siy¬yət¬lə¬rini cəmləşdirməyinə görə bu şifahi xalq yaradıcılığı sahəsi milli-genetik yaddaş üçün əfsanə¬lərdən, miflərdən, nağıllardan, inanclardan da çox ədəbi-tarixi, mənəvi əhəmiyyət daşıyır.
Tarixdə fərqli etnik-genetik ailələrə aid xalqların folklorunda da bənzəri yara-dı¬cı¬lıq sahəsi mövcud olub. Qədim keltlərdə bardlar; slavyanlarda bandura, dumanın müşayiəti ilə bılina (mahnı, poema) söyləyən kobzarlar; trubadurlar – fransızlarda qəhrəmanlıq dastanları nağıl edənlər və s. Qeyd edilən xalqlara aid həmin sahələr həm ədəbi-tarixi inkişaf cəhətdən, həm yaşam müddətinə, həm də daşıdıqları məqsədi tam dolğunluğu, dərinliyi ilə əhatə etmələrində-müxtəlif dövr¬ləri canlı olaraq bir-biriləri ilə əlaqələndirib qorumada və nəhayət elmi-texniki tərəqqinin hədsiz dərəcədə güclənməsi nəticəsində müasir dünyanın maddi-mədəni, mənəvi həyatında yaranmış kəskin dəyişikliyin təzyiqindən yayınmada türksoylu xalqlarda aşıq yara¬dı¬cı¬lığının saxladığı əhəmiyyəti təkrarlaya bilməyiblər. Türk ruhunun genetik xüsu¬siy¬yətlərinin canlı mənbəyi sayılan ozan-bakşı-jırçı-akın-aşıq yaradıcılığının mahiy¬yətdə dəyişmədən hər dövrdə yeni çalarlar alması da həm ənənənin qədimliyini, həm də daimi gəncləşən yeni inkişaf mərhələlərini göstərir. Həmin təsir ifaçılıq tərzində tədricən onlarla qədim qopuz-saz havasının yaranmasına gətirib çıxarıb. Belə təkrarsız köklü saz havalarından biri də "Şeşəngi"dir.
Hər hansı bir qədim maddi-mənəvi dəyərləri özlündə dərin, yığcam mənada cəmləşdirən qavrayışları incələyəndə, istər-istəməz, genetik, tipoloji, semiotik, eti¬mo¬¬loji və s. müqayisələrə, təhlillərə ehtiyac yaranır. Bu yanaşmadan baxdıqda on¬lar¬la, minlərlə saz, mahnı hava adlarının çoxu daşıdıqları mənalarına, yaran¬ma¬la¬rına təsir etmiş səbəblərə görə öz-özlüyündə bütün sualları aydınlaşdırır. "Şeşəngi"də isə həmin cəhət qeyri-müəyyənliyi ilə seçilir. Bu hal da adın çox qədim zamanlardan yaranmağa başlamasına dəlalət edir. Epik janrlarda minilliklər, yüzilliklər ərzində xalqların mifoloji görüşləri, inancları, maddi-mədəni, mənəvi-ruh, ictimai-siyasi tarixləri təbəqələşərək əks olunur. Fəlsəfi yöndən yanaşılsa, atomda günəşi, günəşdə atomu dərk etmək mümkün olduğu kimi, bütünlüklə şifahi xalq ədəbiyyatının ədəbi-tarixi inkişafı səviyyəsindən hər hansı bir kiçik müstəqil sahə¬nin, burada "Şeşəngi"nin, yaranmasını əsaslandırmaq olar. Eləcə də əks istiqamətdə ümumi böyük ruh dünyasını qavramaq mümkündür. Bu dialektik inkişaf cəhətdən də okean həcmində geniş, dərin, şəffaf, aydın, daimi bərq vuran qədim böyük türk şifahi xalq yaradıcılığının kiçik bir hissəciyi "Şeşəngi" qavrayışı mahiyyətdə aid olduğu maddi-mədəni dünyanın müxtəlif təkrarsız genetik xüsisiyyətlərini özündə yığcam sə¬viy¬yədə cilalayıb cəmləyib. Həmin məsələni aydınlaşdırmaq üçün "Şeşəngi"adı ilə hərfi, məna cəhətdən oxşar, uyğun bir-sıra qavrayışları müqayisəyə cəlb etməyə ehtiyac yaranır.
Tarixi Azərbaycan ərazisində yaşayan türklərin maddi-mədəni, mənəvi-ruh dünyasında "şeş", "şeşə" kökündən yaranma qavrayışlar çox geniş yayılıb. Ağ¬ba¬ba – Şörəyel – Qars ərazilərində, bir sıra başqa bölgələrdə yerli şivədə "şeşə¬lən¬mək" sözü özündən güclünü, gücsüzü təhdid etmək, mənəm-mənəmlik etmək mənasında işlədilir. "Şeşə gəzmək" - özündən razı, yersiz qürurlu, məğrur gəz¬mək mənası bildirir. El arasında həmin xüsusiyyəti daşıyan şəxslərə lağama, ayama səviyyəsində Şeşə Filankəs (adı çəkilməklə) deyilir. Onlara həm də "çox şişgin adam¬dır" deyirlər.
"Şitəngi" - dinc durmayan, daima rahatsızlıq yaradan, şuluqluq salan uşaq mə-na¬¬sında işlədilir.
Naxçıvanda bəzi yerli şivələrdə qoyunların südlə dolan döşlərinə "şeşələnib" deyilir.
M.F.Axundov da öz məqalələrində məzmunca, mahiyyətcə "şeşə" qavrayışına uyğun sözlər, fikirlər işlədib: "Əgər ruhanilik idarəsinin əhkamına əməl etmək barə¬sin¬də şəşəli Rusiya dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin həlli üçün Kərbəla alimlərinə müraciət edərdim; çünki onlar müctəhiddirlər və xalq da onlara təqlid edir".
Şəşəli Rusiya burada çar hakimiyyətinin həmin dövrdə hərbi-siyasi səviyyəsini vurğulasa da, müəllif bunu istehza, məcazi cəhətdən kobud, qaba, özündən razı, kiminləsə razılaş¬mayan, mənada işlədib. Burada həm də "şeşəli" bəzi hallarda türk¬lər¬də "qürurlu", "məğrur" mənasında işlənməsindən fərqli olaraq, rəqib, düşmən tərəf üçün mənfi xüsusiyyətlərdə verilib.
"Şeşə" qavrayışı həm də türk inanclarında (Azərbaycan) qeybdən gələn quş adı bildirir. Şər ruhun daşıyıcısı olan bu quş ancaq gecələr uçaraq oğlan uşaqlarına zərər verir. İnanca görə həmin quşdan qorunmaq üçün uşaq altı aylığına çatana qədər onu tək buraxmaq olmaz. Əgər şər quş qırxlı uşağın üstündən uçub keçərsə, çağa qaralıb boğular. Şeşə boğazdan öldürür. Uşağın yanında "şeşə"nin adı¬nı çəkməzlər, onun bələyinə iynə-sancaq taxarlar. İnama görə şeşəni tutan kimi öl¬dür¬mək lazımdır. Şeşəni öldürən quşun anası olur, həmin adam da şeşə vuran hər hansı bir uşağın boğazına əlini çəkərsə çağa sağalar.
"Şeşəngi" havası bütün cəhətlərdən aşıq yaradıcılığı ilə əlaqəli olduğuna görə, əsas məsələnin aydınlaşması üçün bir az əvvəl incələnən qavrayışların daşıdıqları nisbətən yaxın mənalar güdülən məqsədi tam əlaqələndirib ödəmir. Buna görə də mahiyyətcə daha yaxın qavrayışlar müqayisəyə cəlb olunmalıdır. Həmin yanaşmanı mənəvi-ruh cəhətdən aşıq yaradıcılığının özündə qoruduğu müqəddəs, müdrik səviyyə də tələb edir.
"Şeşəngi" ətrafında axtarılan əsas xüsisiyyətləri tam mənasında həm ilk baş¬lan-ğıc, həm də müsbət ruh tərəfdən əsaslandıran "Şeşəndik" qavrayışı Türküstan (Qazaxstan) şifahi xalq yaradıcılığında özünü göstərir. "Şeşəngi", "Şeşəndik" qavrayışları hərfi, məna cəhətdən uyğun olmaları ilə bərabər həm də mahiyyətcə çox yaxındır. Xalq yaddaşında həyat, təbiət hadisələri üzərində müdriklərin müşa¬hi¬də¬lərini məntiqli, öyüd verən, qiymətli kəlamlar səviyyəsində yüz illər ərzin¬də nəsil¬dən-nəsilə ötürərək daha səlis, canlı şəkildə qoruyan "Şeşəndik" qavrayışı mövzu¬la¬rıy¬la yarandığı dövrü, mühiti, tarixi şəxsiyyətləri bəlli etmək üçün çox qiymətli mənbələrdir. Məsələn, "Ədəbiyyatşünaslıq lüğəti"ndə qazax türklərində xalq hərə¬ka¬tının başçısı Srım Datov ətrafında yaranmış tarixi hadisələr haqda "şeşəndiliy"ə aid kiçik parçada verilir:
Srımın rəqibi Nürəli xan barışmaq üçün onu yanına dəvət edir, lakin Srım getmir. Xan adamlarını göndərib onu ikinci dəfə dəvət edir. Onda Srım - Batır xanın elçilərinə bu sualları verir:
– Deyin görüm, quş uçub gölə qonur, ya göl quşa? Xanın elçiləri cavab verirlər:
– Əlbəttə, quş uçub gölə qonur.
– Deyin görüm, qonaq aula gəlir, ya aul qonağa?
– Aydın şeydir ki, qonaq aula gəlir.
Srım xanın elçilərinə deyir:
– Onda qoy xan özü aula gəlsin. Çünki xalq göldür, xan quş, xalq auldur, xan qonaq. Göl quşsuz da ötüşər, amma hünəri var qoy quş da gölsüz, susuz ötüşsün? Aul qonaqsız ötüşə bilər, amma hünəri var qoy qonaq aulsuz, evsiz ötüşsün.
Bu kiçik qarşılıqlı deyişmədən, mübahisədən hansı mənəvi, psixoloji vəziyyət üzə çıxır? Srım xanın yanına getməyib həm xalqın mənafeyini, həm özünün qüru¬ru¬nu, məğrurluğunu qoruyur, həm də insanlara yaxşı münasibət göstərməyən xanı düz yola çağırır, onun eyiblərini, günahını göstərməklə, müdrikcəsinə tər¬bi¬yə¬lən¬dirib "şeşəndi"lik edir. Xan isə xalqın ayağına gəlməyib özündən razı halda mənəm-mənlik, "şeşəlik"göstərir. Bu cəhətdən "Şeşəngi"saz havasının sədaları altın¬da aşıqların müdrikcəsinə, məğrurcasına oxunan mövzuya münasibətləri, bir-biri¬nin çatışmayan müsbət keyfiyyətlərini qarşıdakına sadalamaları da xüsusilə diqqət çəkir. Eyni zamanda belə tarixi, nəsihətamiz mövzulara malik mətnlər ümumilikdə ayrı janr xüsisiyyəti kimi "şeşəndik" adı altında birləşir.
Məlumdur ki, türksoyluların maddi-mədəni, ictimai-siyasi, mənəvi-ruh həyatında xalqsız – aşıq, aşıqsız – xalq, lidersiz – xalq, xalqsız lider, ağsaqqalsız xalq, xalqsız – ağsaqqal ola bilməz. Əgər xalq min illərlə, yüz illərlə şifahi surətdə yüzlərlə dastanı, minlərlə nəğməni cüzi dəyişikliklərlə də olsa, olduğu kimi nəsildən-nəsilə ötürərək yaşadırsa, bu hal ona görə yaranır ki, bütün bunlar xalqın keçmiş dünyasına aid köklü yüksək dəyərlərdən yoğrulub, qidalanıb təşəkkül tapıb. Yüksək maddi-mədəni, mənəvi-ruh dəyər-lərinə malik olmayan xalq yaddaşı dastana, nəğməyə çevrilməzdi, dastansız, nəğməsiz xalq da öz keçmiş dünyasını dərk edə bilməzdi.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru