“Şeşəngi” saz havası Mədəniyyət

“Şeşəngi” saz havası

3-cü yazı

Türk ictimai-mədəni həyatında mifoloji görüşlərin, inancların, mifopoetikanın təsiri nəticəsində ozanların, şamanların cəmiyyətdə nüfuzu uyğun xüsisiyyətlərə ma¬lik olduqları üçün, onlar həm də fəaliyyət sahələrinin tələbinə görə müxtəlif hey¬vanların, quşların rəqslərini, səslərini təqlid edirdilər. Bütün arxaik, epik folklor jan¬r¬ların mifoloji düşuncə dövründə bir başlanğıcdan - insan və təbiət münasibətlərinin əlaqəsindən təsirlənməsi inkişaf ardıcıllığı tipoloji xüsisiyyət kimi şamançılıq inanclarının, ayinlərinin epik ifaçılığa təsirində, əks olunmasında da özünü gös¬tərib. Qeyd edilən həmin qədim köklü səbəblərdən də uzun tarixi zaman ərzində tədricən epik ənənədə akınların, çorçilərin ifaçılıq tərzində fərqli bölünmələr yaranıb inkişaf edir. Həmin səbəbdən də D.S.Duqarov buryat epik ənənəsində uligerlərin fərq¬li ifa tərzlərini, havaları üç hissəyə bölür. Tədqiqatçı bunları sakit, orta səviyyəli, ifa zamanı çorçilərin hərəkətlərində get-gedə azalma cəhətdən üsullara ayırır.
Bu ölçülərdən "Qeser"in söyləyəndiyi ifa tərzinə yaxın səviyyəyə altay "çörçök"lərinin (qəhrəmanlıq dastanlarının) kayçilər (aşıq) tərəfindən oxunması da uyğun gəlir. Altay çörçökləri boğazda xüsusi səslə oxunur. Bu ifa tərzinə "kay" deyilir. İki səsdən eyni zamanda istifadə edilən "kay" üsulu üç hissəyə bölünür: a) küüler kayla-yüngül səsli; b) karqırlap kayla-cingiltili səsli; c) gur səsli.
Həm Altay, Si¬bir türk, həm də monqol xalqlarının kay-çörçök, olonxo, uliger söyləmə ənənəsində, kayçıların, çorçilərin ifaçılıq tərzində mətnlərdəki iştirakçı qəhrəmanların, surətlərin, düşmənlərin hərəkətlərini, səslərini yamsılama qədim ortaq xüsisiyyət kimi də özünü göstərir.
"Şeşəngi" havasının ifası zamanı aşıqlar sinələrini qabardıb məğrur görkəm almaqla, ayaqları ilə ahəngdar rəqs etməklə bərabər həm də atın "şeşə" qalxmasını yamsılayan hərəkətlər edirlər. Şirvan aşıq havaları Göyçə, Qazax-Borçalı, Güney Azər¬baycan, Ərzurum və s. mühitlərdən fərqli olaraq fəlsəfi-irfani-düşün¬dü¬rü¬cü¬luk¬dən, məhəbbət mövzularından çox insanlarda məğrurluq, qürur¬luq, coşduruculuq, igidlik əhval-ruhiyyəsi yaradır. İgidin də cəsurluğu, məğrurluğu, vüqarlığı, qüruru ayrılmaz silahdaşı atdan kənarda təsəvvür olunmur. Tədricən tarixi zaman ərzində ozanın qopuzu çoxsimli saza, şamanın dəfi qavala, şaman-ozanların, bakşilərin sadə zənguləli boğaz səsləri mürəkkəb tərkibli muğam ahənglərinədək inkişaf edib. O cüm¬lədən, əcdad kultunun dəyişilmiş şəkli, nəsihətamiz müdriklik anlayışı "Şeşəndik" saz havası "Şeşəngi"də öz qədim xüsisiyyətlərini itirməyib.
Srım-batırın nüfuzlu rəqibləri qarşısında qorxmadan, müdrikcəsinə xalqını, özü¬nü məğrur, qürurlu ruh halında qoruması, "şeşəndiliy"i; Şirvan aşıqlarının saz havasının ifası zamanı aldıqları ruh gərginliyi - məğrurluq, qürururluq, şamanların sehrli qeyri-adi hərəkətlərini təqlid etmələri, "şeşəngi "liyi; Ağbaba-Şörəyeldə xalq arasında yaranmış hərbə-zorbada mübahisə edənin özündənrazı məğrurluğu, qüruru, şeşələnməy"i nisbi fərqlərinə baxmayaraq mahiyyətcə qədim mifopoetikada birlə¬şir¬lər.
Epik yaradıcılıqda dastan qəhrəmanları, onların düşmənləri də hərbə-zorbaya baş vururlar. Onlar həm "şeşəndilik", həm də "şeşəlik" edirlər. Koroğlu bütün bunlarla yanaşı Dəli Həsənlə, Giziroğlu Mustafayla, oğlu Kürdoğluyla, Ərəb Reyhanla və s. dəlilərlə qarşılaşdıqda üçüncü cəhətdən sazla "şeşəngi"lik də edir. Türk ruhunda şəkilcə, mahiyyətcə eyni qavrayışın nisbətən fərqli çalarlarda özünü göstərməsini riyazi, həndəsi ölçülərlə də vermək olar.
Türklərin qədim incəsənət əsərlərindən xalça-xalılarda, təsviri sənət nümu¬nə¬lə-rin¬də, qədim tikililərdə, məbədlərdə yaradılmış naxışlar, oymalar, ilmələr, həndəsi fiqurlar dəqiq ölçülərdə, həcmlərdə, sayılarda, bucaqlarda hesablanıb yaradılır. Türk genetikasının, ruhunun əsas köklü xüsisiyyətlərini rəmzləşdirib özündə əks edən həmin əsərlərdən hər hansı bir əşya, parça tam ortadan iki bərabər hissəyə bölünsə, bir-birinin əksi olan oxşar quruluşlu (simmetriyalı), eyni həcmli, bucaqlı, fərqli istiqamətlərə yönəlmiş müstəqil parçalar yaranar. Hər ikisinin başlanğıcı bölünmə nöqtəsindən, xəttindən əks tərəflərə doğru istiqamətlənər. Bu hal türklərin mifoloji görüşlərində, inanclarında ölüm aktının qəbul edilməməsinin - hər iki əks dünyanın (işıq, qaranlıq) eyni səviyyəli düşünülməsinin nəticəsidir. Əşya, parça dörd hissəyə bölünsə, eyni ardıcıllıq, uyğunluq, bərabərlik davam etməklə bölünən kəsişmə xətləri üstəgəl (+) işarəsinin quruluşunu alar. Bu rəmz ruh aləmində Günəş, daimi işıq mə-na¬sını bildirir. Günəşin tanrının ruhunu, onun sarı rənginin, ağ şüalarının sarı-monqol irqin maddi-mənəvi, ruh xüsisiyyətlərini əks etməsidir. Qeyd edilən bu kök¬lü qədim genetik ruh xüsusiyyəti açıq səviyyədə riyaziyyatın əsasını yaratmaqla Xarəzminin, müasir dövrdə "qeyri-səlis məntiqlər çoxluğu" nəzəriyyəsində Lüt¬fi¬za¬də¬nin elmi fəaliyyətində özünü göstərir.
Şirvan "Şeşəngi"si həm Türküstan "Şeşəndiy"inin nəsihət verən, müdriklik xüsisiyyətini, həm də yerli mühitin aşıq ifaçılığına, xanəndəlik sənətinə xas əla-mət¬lə¬ri¬ni birlikdə cəmləşdirərək dinləyiciləri düşündürməyə, onlarda ruh yüksəkliyi yarat¬ma¬ğa eyni zamanda nail olur. Bu hal da türk aşıqlarının qədimdən malik olduğu əsas müsbət keyfiyyətləri özündə birləşdirir – müdrikcəsinə xalqı tərbiyələndirmək və onda yüksək qəhrəmanlıq ruhu yaradıb düşmənə qarşı qorxusuz etmək. Həmin səbə¬bə görə də Şirvanda üç "Şeşəngi" saz havası yaranıb.
Ümumi məzmunda da olsa, "Şeşəndiy"ə həsr olunmuş elmi tədqiqatlara daha çox Qazaxıstan, Türkiyə ədəbiyyatşünaslığında rastlanır. Az da olsa, Azərbaycanda "Şeşəngi" havası haqda yazılara tədqiqatçılar və aşıqlar arasında təşəbbüs edənlər olub. Vəsilə Usubova "Aşıq Ulkər" haqdakı məqaləsində onun istifadə etdiyi "Gö¬zəl¬lə¬mə", "Baş müxəmməs", "Hicran Kərəmi", "Şirvan şikəstəsi" havaları ilə ya¬na¬şı şikəstələr sırasında "Şeşəngi"nin də adını çəkir.
Aşıq Ramin el aşığı Hüseyn Saraclının ifaçılıq sənətində onlarla köklü aşıq havaları, şeir növləri içərisində "Şeşəngi"nin də olduğunu qeyd edir. Məqalədən bəlli olur ki, el aşığı xalq arasında, şagirdləri içərisində göstərdiyi tərbiyəvi fəaliyətiylə məcazi mənada, əsil həqiqətdə "şeşəndi"lik edirmiş. Xalqın hə¬ya¬tında Aşıq Hüseyn Saraclının "şeşəndik" etməsini Aşıq Ramin məqalədə araş¬dır¬ma məqsədi kimi incələməyib. Lakin yaradıcılığı ilə el aşığının xalqa, cəmiyyətə tər¬bi¬yəvi təsiri, onlara müdriklik, məğrurluq, vüqarlıq, yenilməzlik aşılaması, gənclərdə, şagirdlərində böyüklərə hörmət, insana xas olan əsas müsbət keyfiyyətləri inkişaf etdirmək istəyi sözün əsil mənasında "Şeşəngi", "Şeşəndik" qavrayışlarının birgə istifadəsinin canlı misalıdır.
Qazaxıstan, Qırğızıstan və Türkiyə elmi-ədəbiyyatında da "Şeşəndik" anlayışı haqda araşdırmalar aparılıb. Lakin bunların hər birində "Şeşəndik" qavrayışına ümu¬mi münasibət göstərildiyi üçün bu yazının mövzusunun tələbinə uyğun gəl-mə¬di. "Şeşəngi" qavrayışının mədəni-ruh cəhətdən daşıdığı məna qədər adın mor¬fo¬lo¬ji-leksik-fonetik xüsisiyyətləri də maraq doğurur. Bu cəhətdən dünya xalqlarının ortaq protodil dövrünün, bir genetik-etnik ailəyə daxil olan ural-altay dillərinin qədim inkişaf xüsisiyyətlərini araşdırdıqda semiotikaya, etimologiyaya aid oxşar paralellər də aşkarlanır. Sağır "ђ" (n) səsi, "nq" sait birləşməsi (diftonq) qanunauyğunluğu sarı-monqol irqə, xüsusən də, ural-altay xalqlarına aid xüsisiyyət kimi həmin dillərdə işlənir: Sanqaçal, Sonqmi, Honq-Konq, Samsunq, Tanqut və s. Həmin səs bir¬ləş¬mə¬si şumerlərdə Enki, Enkidu; hind-avropalılarda enqliş, ingiloy; Sibir əsilli yerli amerikalılarda evenk, ink-keçua; zənci xalqlarında Konqo, Tanqanika və s. nisbətən dəyi¬şilmiş şəkillərdə qorunub. Coğrafi-miqrasiya nəzəriyyəsindən baxılsa, Altay-Sibir xalqlarıyla eyni mənşəli tilingitlərin (tele, telengit türk tayfaları da var), yakutların (Alyaskada Yakutat böyük yaşayış məskəni yerləşir), eskimosların, evenklərin Şimali Amerikada varlıqları təsadüfi tarixi gerçəklik sayılmamalıdır. Artıq müasir elmi fikirdə antropologiya, etnologiya cəhətdən yerli qızıldərili xalqların Sibir mənşəli olmaları qəbul edilib. Həm də atabaskların, asteklərin, keçua-inklərin ural-altaylara daha yaxın xalqlar olmaları müdafiə olunur. Kordilyer dağları ətrafında məskunlaşan "şoşonlar" adları qeyd edilən soydaşlarına, irqdaşlarına o qədər də uzaq¬da yerləşmirlər. Əgər bir az yuxarıda incələnən elmi əsasdan yanaşılsa, "şoşon" adında da qədim qrammatik xüsisiyyət-sağır "ђ" (n) səsi, "nq" sait birləşməsi (diftonq) "şoşonq" vəziyyətində özünü göstərirmiş. Yəqin ki, müasir türk dillərində sağır "ђ" (n) səsi, "nq" sait birləşməsi düşdüyü, istifadə edilmədiyi kimi həmin inkişaf qanunauyğunluğu "şoşonq" ətrafında da davam edib. "Şeşəngi", "Şeşəndik", şoşon" (nq) adlarındakı yaxınlığı tarixi-mifoloji etimologiya, qədim ortaq qrammatika xüsusiyyətləri cəhətdən göstərən bir incəlik də "şe", "şo" kökünün həmin qav¬ra¬yış¬ların hər birində iki dəfə təkrarlanmasıdır. Bu hal özünü qədim qrammatik xüsusiyyət kimi, keyfiyyəti artırmaq üçün eyni kök anlayışı təkrarlamaqla sifətin çoxaltma dərəcəsini düzəltmək məqsədi ilə türk, monqol dilində ağ-ağappak, saqan-savsaqan; qədim şumercədə ur-kişi, urur-kişilər kişisi (xanlar xanı xaqan), iq-işıq, iqiq-gur işıqlı (göyün hami ruhları) və s. mənalarda özünü göstərir. İncələnən qrammatika qanunları ilə ural–altay, qızıldərili xalqların dilləri arsındakı yaxınlığı massaqet-saklarda "sirak" tayfa, monqollarda Baku-Çoroqi (Çingiz xanın əyanlarından), irokezlərdə "uroki", "çiroki" tayfa adları da əsaslandırır. Həm də Mərkəzi Asiya, Sibir, qızıldərili xalqların şamançılıq mifologiyaları, inancları arasında ortaq yaxın xüsisiyyətlər möv¬cuddur. Özünü açıq, qabarıq səviyyədə göstərən belə yaxın maddi-mədəni, mənəvi-ruh əlamətlərindən də ölçülsə "Şeşəngi", "Şeşəndik", "Şoşonlar" arasında açıqca birlik var. Təkcə bu dərin, ortaq qədim əlaqəni əsaslandıraraq genişlədib qəbul etmək qalır.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru