Kəlamın vüsəti Mədəniyyət

Kəlamın vüsəti

Həmin gün bütün Təbrizdə dukan-bazar bağlanıb, şairin dəfn mərasimi umumxalq matəminə cevrilmişdi

"Xalq Cəbhəsi" qəzeti mərhum akademik Bəkir Nəbiyevin M.Şəhriyar haqqında yazısını təqdim edir

Məhəmmədhuseyn Şəhriyar İranda ana dilində və farsca yazılmış əsərləri ilə o, hələ oz sağlığında klassiklər səviyyəsinə qalxıb, Yaxın Şərq ədəbiyyatını bədii möcuzələrlə, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirib, xususən dunya poeziyasına "Heydərbabaya salam" kimi yuksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə verib. Haqqında yazılmış kitab və məqalələrdən məlum olur ki, Seyid Məhəmmədhuseyn Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış huquqşunaslarından Hacı Mirağa Xoşginabininin ailəsində dunyaya gəlib. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeri və musiqini cox sevən bir ziyalı idi. Oğlunun təhsili ilə əvvəllər şəxsən ozu məşğul olub, öz kitabxanasındakı qiymətli əsərləri oxumağa balaca Şəhriyarı o həvəsləndirib. Anası Kövkəb xanımın da sinəsi dolu imiş. Onun Azərbaycan şifahi xalq yaradıcılığından və klassik irsimizdən, xususən S.Ə.Şirvaninin qəzəllərindən oxuduğu bəzi nümunələri Şəhriyar yetkin cağlarında belə xatırlayıb, Seyid Əzimin "Gəlim" rədifli qəzəlinə gozəl bir nəzirə də yazıb... Gələcək şair ilk mədrəsə təhsilinə Təbrizdə başlayıb, yay tətillərini Xoşginabda məşhur Heydərbaba dağının ətəklərində kecirib, tanınmış muəllimlərdən Molla İbrahimin yanında biliklərini təkmilləşdirib. Sədinin "Gulustan"ı, Hafizin qəzəlləri, Qurani-Kərim, bəzi ərəb-fars luğətləri Şəhriyarın hələ uşaq yaşlarında oyrəndiyi əsərlərdən olmuşdu. Düşdüyü ecazkar Heydərbaba mühitinin, atasından eşitdiklərinin, nəhayət, böyuk həvəslə oxuduğu kitabların təsiri ilə Şəhriyar yeniyetməlik illərində ilk qələm təcrübələri olan şeirlərini yazmağa başlayır. Əlinə duşən hər təzə kitabı acgözlüklə oxuyan, ərəb və fransız dillərini mükəmməl öyrənmək üçün əlavə məşğələlərini davam etdirən Şəhriyar Təbrizdə orta təhsilini başa vurub 1922-ci ildə Tehran Universitetinin tibb fakultəsinə qəbul olunur. 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayan Şəhriyar Surəyya adlı bir qıza aşiq olur, bu məhəbbəti ilə əlaqədar onun başı bir cox bəlalar cəkir. Surəyyanın varlı-hallı qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərir, onun Tehrandan Nişabura surgun edilməsinə muvəffəq olurlar. Beləliklə, şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir muddət İranın muxtəlif şəhərlərində o cumlədən də Məşhəddə yerli idarələrdə məmurluq edir. 30-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə duzəlir. Çox sevdiyi atası 1934-cu ildə vəfat edir, şair bu munasibətlə xüsusi bir şeir yazır. Sonralar anasının vəfatından doğan kədər duyğularını isə Şəhriyar "Eyvay madərim!" şeirində dərin səmimiyyət duyğusu ilə əks etdirir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cu ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənir.
1954-cu ildə Şəhriyar Xoşginaba gedib Heydərbabanın ətəklərində öz uşaqlıq təəssuratlarını yenidən yaşayır, doğma el-obasından aldığı təzə intibahlar əsasında məşhur "Heydərbabaya salam" poemasını yazır. Şəhriyar yaxşı tar çalar, bu qədim musiqi alətində muğamları və xalq mahnılarını ifa etməyi xoşlardı. Şairin çox gözəl xətti varmış. İmkan duşəndə sevdiyi şairlərin əsərlərindən kicik parcaları böyük məhəbbətlə və özunəməxsus bir incəliklə köçürüb dostlarına bağışlarmış. Şəhriyar və ailəsi uzun illər boyu maddi sıxıntılar icində yaşayıb. Yaradıcılığının tədqiqatçılarından şairə Hökumə xanım Billuri öz monoqrafiyasında onun 1976-cı ildə Tehran qəzetlərinin birinə verdiyi musahibənin mətnini dərc edib. Həmin musahibə zamanı şair deyib: "Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşib. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burada yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir. 16 aydır ki, maaşımın bir az artırlması üçün qərar cıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə duşüb?.. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm... Pul mənim ucun bəlkə də əl cirkidir. Lakin başqaları üçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur. Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm..."
İranda şahlıq rejimi devrildikdən sonra hökumət orqanları Şəhriyarın guzəranını yaxşılaşdırmaq üçün tədbirlər görüb, ona abad mənzil vermiş və muvafiq təqaüd təyin etmişdi. Çox təəssuf ki, artıq gec idi. Gənclik çağlarından başlayaraq həyatı maddi məhrumiyyətlər icərisində keçən şair xususən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar nəticəsində dəfələrlə bərk xəstələnmiş, inqilabdan sonra da xeyli vaxt öz evində və xəstəxanalarda mualicə olunmuşdu. Şəhriyar 1988-ci ildə sentyabr ayının 18-də Tehranın "Mehr" xəstəxanasında ağ ciyər iltihabından və urək catışmazlığından vəfat edib.
Öz vəsiyyətinə əsasən şairin cənazəsi Təbrizə gətirilib və Surxabdakı məşhur "Şairlər qəbristanı"nda dəfn edilib. Həmin gün bütün Təbrizdə dukan-bazar bağlanıb, şairin dəfn mərasimi umumxalq matəminə cevrilmişdi. Şəhriyarın qəbri böyük məhəbbətlə abad edilib. Qəbrinin üstündə tikilən məqbərənin mərkəzində qızılı şirmayini xatırladan zərif mərmər sənduqədə şair əbədi yuxuya dalıb. Burada İran xalqlarının mədəniyyət tarixini numayiş etdirən gözəl bir muzey də yaradılıb. Şəhriyar doğulub boya-başa catdığı olkədə movcud olan poetik ənənələrə və aldığı təhsilə uyğun olaraq əsərlərinin çoxunu fars dilində yazıb. Böyük alim və şairlərin, Şəhriyar irsi araşdırıcılarının dönə-dönə etiraf etdikləri kimi, bu əsərlərində o, elə yuksək sənətkarlıq numayiş etdirib və şeirləri elə geniş yayılıb ki, əsrimizin İran ədəbiyyatı tarixi onun yaradıcılığı olmadan natamam görünərdi. Şairin 90-cı illərdə Tehranda buraxılmış dordcildlik əsərləri kulliyyatının hərəsi təqribən 750 səhifədən ibarət olan uç cildi məhz bu əsərlərindən tərtib edilib.
Hansı dildə yazmasından asılı olmayaraq, Şəhriyar həmişə vicdanının səsinə qulaq asan, qəlbində tuğyan edən duyğuları, başından kecən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi. Özü bu barədə çox gözəl deyib:

Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;
Nisgil olsam da gulum, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

O, klassik şerin demək olar, bütün şəkillərində yazıb, ədəbiyyatı yüksək məzmunlu mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və rubailərlə zənginləşdirib. Şairin lirikası qəzəl dahisi hesab olunan Hafiz Şirazidən sonra kecən 600 il ərzində İranda lirikanın ən yüksək pilləsi hesab edilir. Şəhriyarın dərin fikirlə zəngin olub, incə duyğular tərənnum edilən qəzəlləri xalq arasında geniş yayılıb. Mən olkənin Tehran, Təbriz, Ərdəbil, Marağa, Məşhəd, Astara və digər şəhərlərində kecirilən ədəbi, elmi məclislərdə Şəhriyarın ana dilli əsərləri ilə yanaşı, farsca qəzəllərinin də uşaqdan-böyüyə coxlarının dilində əzbər olduğunun, həm də incə zövqlə ifadə edildiyinin dəfələrlə şahidi olmuşam. Məlum olduğu kimi, ilk məhəbbət oxunun daşa dəyməsi şairi uzun muddət sızladıb, onun bir sıra qəzəllərinə dərin kədər aşılayıb:

Sızlayır əhvalıma subhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.
... Ey, bu qəmli könlümün tabi-qərarı, söylə bir,
Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?
... Şəhriyaram, gərçi mən oz mülkümün sultanıyam,
Göz yaşımdan qeyri yoxdur durri-şəhvarım mənim.

(Tərcumə Mubariz Əlizadənindir)
Şəhriyarın əsərlərində ictimai motivlər geniş yer tutur. Şairin od-alov saçan beytlərində İranda şahlıq rejiminin rəzalətləri göstərilir, ölkənin taleyinin o zaman əslində yad əllərdə qaldığı ifşa olunurdu.
O zamankı İranda zulm və ədalətsizliyin baş alıb getməsi, bir çox məmurların oğrularla əlbir olub xalqı talaması, cəmiyyətin həyatındakı ətalət və fanatizm, məktəblərin düşdüyü dözülməz dərəcədə ağır vəziyyət onun yana-yana bəhs etdiyi ictimai bəlalardır. Bir qəzəlində şair özgələr əlində oyuncaq olmuş şahın yaman gunlərə qoyduğu İranın həyatından urəklərə yol salan canlı bir lövhə cəkir:

Gedər bədbəxtliyin ardınca hər iranlı sərgərdan,
Bu bədbəxt millət istiqbal edər bədbəxtliyi hər an.
Baxın, fəqir bir rəmmal bir bədbəxtə açmış fal,
Dolub bədbəxt ilə bu ölkədə həm küçə, həm meydan.
Dilənçi söykənib divara, sanki bir nəfər rəssam
Çəkib bədbəxtliyin timsalını, divara vermiş can.
Satar İranı xainlər, xiridar əcnəbilərdir,
Neçin əqli-vətən tutmaz vətən dəllalına divan?!

Şəhriyarın yaradıcılığında məsnəvi geniş yer tutur. "Elm və Hikmət", "Kəmalulmulkun ziyarəti" məsnəvilərində o, yaradıcı ziyalıların, istedadlı rəssam, şair və alimlərin acınacaqlı taleyindən bəhs edib, xalqa baş ucalığı gətirə bilən özü kimi böyük zəka sahiblərinin yaddaqalan canlı obrazlarını yaradıb. "Gecənin əfsanəsi", "Qardaşım oğlu Huşəngə", "Eynşteynə muraciət" əsərləri fəlsəfi səciyyə daşıyır. Miniatür poema təsiri bağışlayan sonuncu əsərlərində şair təkcə öz elinin-obasının, vətəninin və xalqının yox, bütün dunyanın taleyi üçün mənəvi məsuliyyət daşıyan qudrətli bir sənətkar kimi çıxış edir. O, 20-ci əsrin ən böyük elmi kəşflərindən biri olan atom enerjisindən insanların rifahı üçün deyil, iradəsini başqalarına qəbul etdirmək vasitəsi kimi istifadə edən təcavüzkar imperialist dairələrini tutarlı vasitələrlə ifşa edir, xalqları ayıq-sayıq olmağa, oz taleyini odla oynayanlara tapşırmamağa cağırır".

* * *
Şəhriyarın doğma ana dilində yazdığı əsərlər onun yaradıcılığının bizim üçün xüsusilə qiymətli olan tərkib hissələrindən biridir. Hələ müəllifin sağlığında klassik bir əsər kimi etiraf edilib şərəfləndirilən "Heydərbabaya salam" poeması da buraya daxil olmaqla, həmin əsərlər muəllifinə təkcə Azərbaycanda və İranda yox, həm də Turkiyədə, İraqda, Orta Asiyada, umumiyyətlə dilimizin anlaşıldığı bütün ölkələrdə haqlı şöhrət qazandırıb. Bunun birinci səbəbi, əlbəttə, "Turkin dilitək sevgili, istəkli dil olmaz" deyən şairin ana dilinə sonsuz məhəbbəti və dilimizin zənginliklərinə dərindən bələd olmasıdır.
"Turkin dili" adlı şerində Şəhriyarı belə bir kəlamı da var: "Şair ola bilməzsən, anan doğmasa şair!" Bununla o, şair üçün həyat təcrubəsinin və təhsilin məna və əhəmiyyətini azaltmadan demək istəyir ki, şairlik hər şeydən əvvəl istedadın bəhrəsi, istedad isə Allahın vergisidir. İstedadsız isə şair olmaq əsla mümkün deyl. Öz böyük istedadını reallaşdırmaq üçün doğma Azərbaycan dilinin əsrarəngiz axar-baxarı Şəhriyar üçün vüsətli bir hünər və yaradıcılıq meydanı açıb.