“Uğur qazanmış sahibkarların toplantısı - 2015” İqtisadiyyat

“Uğur qazanmış sahibkarların toplantısı - 2015”

Tural

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına əsasən, 12-13 sentyabr 2015-ci il tarixlərində "Rusiyanın Dayağı" Ümumrusiya Kiçik və Orta sahibkarlıq İctimai Təşkilatı Tümen vilayətinin rəhbərliyi ilə birgə "Uğur qazanmış sahibkarların toplantısı - 2015" adlı Ümumrusiya Gənclərin Biznes-forumu təşkil ediləcək. Biznes-forumda əsasən 40 yaşa qədər gənc sahibkarların iştirakına üstünlük veriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarları sözügedən tədbirdə iştiraka dəvət edir: "Forumda iştirak edəcəyiniz təqdirdə şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini 5 sentyabr 2015-ci il tarixinə qədər ASK-ya bildirmənizi xahiş edirik. Tədbirdə iştirakla bağlı nəqliyyat xərci istisna olmaqla bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək".