İrəvan tam təcriddə İqtisadiyyat

İrəvan tam təcriddə

Bakı-Tiflis-Qars dəmiryolu Türkiyəyə böyük geosiyasi və iqtisadi fayda verəcək.
bu sözlər "Ceymstaun Foundeyşn" təşkilatının saytında dərc olunan məqalədə yer alıb. Təşkilat məhz bu layihə sayəsində Türkiyənin Qara dənizdən Mərkəzi Asiyaya qədər siyasi və iqtisadi təsirlərini artıracağını bildirib:"Azərbaycan da həmçinin bu layihədən böyük fayda götürəcək. Gürcüstan isə ərazisindən dəmiryolunun bir hissəsinin keçməsi sayəsində tranzit ölkə kimi mövqelərini gücləndirəcək. Bu isə, sözsüz ki, onun siyasi əhəmiyyətini regionda artıracaq. Ümumiyyətlə, bu layihə Cənubi Qafqazı 500 milyonluq Avropa bazarı ilə yaxınlaşdıracaq. Bununla bərabər, bu layihə bütünlüklə Rusiya əleyhinədir. O, Türkiyənin regiondakı mövqeyini gücləndirir, Bakı ilə Ankaranın əlaqələrini möhkəmləndirir. 2012-ci ildə Bidzina İvanişvilinin Gürcüstanın baş naziri seçilməsindən sonra o, Moskva ilə yaxınlaşma siyasətinə üstünlük verdi. İvanişvili, tezliklə, BTQ-yə inanmadığını və onun Gürcüstanın Qara dənizdəki limanlarının işinə mənfi təsir göstərəcəyini söylədi. Əhalinin kəskin etirazından sonra İvanişvili fikrini dəyişməli oldu. Əslində İvanişvilinin belə çıxış etməsinə əsas səbəb Moskvanın etdiyi təzyiqlər olub. Proyekt həmçinin Moskvanın peyki olan Ermənistan üçün də sərfəli deyil. Bu, İrəvanın təcridini daha da artıracaq. Buna görə də ABŞ-dakı erməni lobbisi layihənin Nümayəndələr Palatasının Maliyyə Komitəsi tərəfindən maliyyələşdirilməməsi üçün əlindən gələn hər şeyi etdi. Bunun qarşılığında isə Azərbaycan Gürcüstana 200 milyon dollar borc verdi".
Qeyd edək ki, BTQ-nin tikintisinin 2017-ci ildə başa çatması nəzərdə tutulub.