“TransCaspian 2016” sərgisində... İqtisadiyyat

“TransCaspian 2016” sərgisində...

"TransCaspian 2016" sərgisində ən çox ziyarət olunan "ADY Express"in pavilyonu olub. Bu haqda sərgi təşkilatçıları şirkətin nümayəndələrinə sertifikat təqdim ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən bildirilib ki, Bakıda XV Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi işini yekunlaşdırıb. Sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika və infrastruktur sahəsinə aid imkanlarını nümayiş etdirib.
Beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən "ADY Express" MMC-də öz stendi ilə təmsil olunub. "ADY Express"in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşğul olan bir çox xarici və yerli şirkətlər "ADY Express"in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tarifləri ilə maraqlanıblar, işbirliyi təklif ediblər.
Sərgi eyni zamanda yeni partnyorların tapılması, və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda "ADY Express"in təklif etdiyi tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib. "ADY Express" şirkətinin nümayəndələri yeni tranzit yüklərinin cəlb olunması istiqamətində yeni addımlar atıblar.