“Neftin qiyməti Birləşmiş Ştatların əlindədir“ İqtisadiyyat

“Neftin qiyməti Birləşmiş Ştatların əlindədir“

Son günlər dünya bazarlarında neft qiymətlərində bir hərəkətlilik müşahidə edilir. Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra ilk dəfədir ki, neft qiymətlərində belə kəskin artım baş verir. Artıq Azərbaycan neftinin də qiymətində artım müşahidə edilir. Bəs görəsən dünya bazarlarında neft qiymətlərində baş verən artım nəylə bağlıdır? Ümumiyyətlə, bu proses davamlı xarakter alacaqmı?
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, dünya bazarlarında son vaxtlar müşahidə olunan tendensiya bir daha əyani olaraq göstərir ki, neftin qiyməti bilavasitə, Birləşmiş Ştatların "əlindədir": "Və 2014-cü ilin iyun ayından bəri ucuzlaşmada Amerika özü maraqlı idi. Əks təqdirdə, qiymətləri 30 dollaradək və bundan da aşağı salmağa təkcə, Ər-Riyadın gücü əsla, çata bilməzdi. Nefin qiymətinin uzun müddətdir (2014-cü ilin iyun ayından) ucuzlaşmasının Səudiyyə Ərəbistanın "işi olduğunu" dəfələrlə eşitmişik. Bunu, Ər-Riyadın qiymətlərin düşməsinə rəğmən, hasilatı azaltmaması, əksinə, artırması da deməyə əsas verirdi. Məqsəd isə guya, Amerikada slans hasilatını "məhv etmək" idi. Düzdür, bunda həqiqət vardı. Bəs, qiymətlər niyə qalxdı?! Nə baş verdi ki, Birləşmiş Ştatlar marağından geri çəkildi?. Səudiyyə Ərəbistanı qiymətlərin yüksəlməsi qarşısını niyə ala bilmir?! Məsələ bundadır ki, nefti ucuzlaşdırmaqda Amerikanın marağı tam olaraq siyasi xarakter daşıyırdı. Bu isə o demək idi ki, həmin maraqlar iqtisadi baxımdan nə vaxtsa istər-istəməz ABŞ-ın öz əleyhinə işləməli idi. Xatırladım ki, bu haqda hələ keçən ilin birinci yarısında söyləmişdim. Bir daha təkrar edirəm ki, neftin qiyməti o vaxtdan etibarən ucuzlaşmağa başladı ki, həmin ərəfədə həm də Birləşmiş Ştatlarda Federal Ehtiyyatlar Sistemi (FES) rəhbərliyi "kəmiyyət yumşaldılması" siyasətini sona çatdırmaq üzrə olduğunu bəyan etdi. Yəni, dünyada dolların möhkəmləndirilməsinə start verdi. Bu, neftin qiymətini ilk zərbə oldu. Sonrakı dövrdə zərbələri isə FES-in hər növbəti iclası ərəfəsində baza faiz dərəcəsini artıracağı haqda anons irəli sürməsi, amma real olaraq onu həyata keçirməməsi təşkil etdi ki, hər belə açıqlama və bəyanatlar nəticəsində psixoloji təsirlər yaranmaqla dolların möhkəmlənməsi sürətləndi və buna müvafiq olaraq da neft ucuzlaşmaqda davam etdi. Sözügedən addımı isə, FES nəhayət ki, keçən ilin dekabrında atdı. Yəni ki, ABŞ valyutası onsuz da möhkəm idi və bununla daha da möhkəmləndi. Xatırladaq ki, FES-in baza faiz dərəcəsini 2015-ci ilin dekabrında artırmaq haqda qərarı 2006-cı ildən sonra qəbul edilən ilk anoloji qərar idi. Sonuncu dəfə baza faiz dərəcəsi 9 il bundan qabaq – 2006-cı ilin ortalarında artırılmışdı. 2008-ci ildəki böhran zamanı isə FES sözügedən göstəricini 0-0,25 faizə qədər azaltmışdı. Doğrudur, bu, müvəqqəti olaraq qəbul edilmişdi. Ancaq 0-0,25 faiz dərəcəsi 7 il idi ki, qüvvədə qalırdı". Pərviz Heydərov deyir ki, FES Birləşmiş Ştatlarda pul-kredit siyasətini son 10 ilə yaxın bir müddət ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini keçən ilin dekabr ayında 0,25 faiz qaldırmaqla dünya iqtisasiyyatı və maliyyə bazarları üçün 2 mühüm və vacib siqnal verdi: "Birincisi o idi ki, dünyanın bir mömrəli iqtisadi gücünə malik ölkəsi olan Birləşmiş Ştatlar iqtisadiyyatının böhrandan artıq, çıxmışdır. İkincisi və ən mühümü isə faiz dərəcəsini qaldırmaq məqamı yetişmiş olsa da, bunu əhəmiyyətli səviyyədə etmək hələ tezdir. Bax, elə sonuncunun nə qədər həqiqətə uyğun olduğu dərhal onunla özünü göstərdi ki, Fideral Eehtiyatlar Sisteminin sözügedən qərarından sonra dünyanın maliyyə bazarları az qaldı çöksün və neftin qiyməti də 40 dolları "deşib" keçdi və hətta bir ara 30-dan aşağı da düşdü. Və bütün bunların nəticəsində də Amerika iqtisadiyyatının özündə də pozitiv meyllər yavaşıdı ki, yeni başlanmış bərpa tendensiyası dayanmaq təhlükəsi qarşısında qaldı. Qarşıdan isə iyun ayı gəlir. Yəni ki, il yarılanır. FES rəhbərliyi dekabrda verilən 0,25 faizlik artım qərarından sonra 2016-cı ildə 4 sayda belə qərar qəbul olunacağını bəyan etmişdi. Ancaq məlum olduğu kimi nə martda, nə də apreldə heç bir qərar qəbul edilmədi, daha doğrusu oluna bilmədi. Amma il ərzində azı 1 dəfə də olsa qəbul olunacaq. Odur ki, bunun üçün nə etmək lazımdır?. Bazarlarda vəziyyəti və qiymətləri sabitləşdirmək. Belə ki, dollar növbəti dəfə möhkəmlənməyə başlayarkən, neft 40 dollardan çox da aşağı düşməməlidir".