SOCAR “Petkim” kimi yeni bir zavod qurmaq istəyir İqtisadiyyat

SOCAR “Petkim” kimi yeni bir zavod qurmaq istəyir

SOCAR "Petkim" neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyir.
Bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.
"Hazırda Türkiyə 11 milyard dollarlıq neft-kimya məhsulları idxal edir. İzmirdə "Petkim" neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyirik. Bunun üçün investisiya özəl sektor tərəfindən təmin ediləcək, biz isə ərazini ayıracağıq. Türkiyənin neft-kimya sektorunda ciddi kəsir var. Hazırda SOCAR tərəfində İzmirin Əliağa rayonunda "Star" neft emalı zavodu qurulur. Bazarın daxili tələbatı illik istehsal gücü 3,5 ton olan "Petkim"dən 4 dəfə çoxdur. "Chemport" adlı yerli şirkət yeni qurulacaq zavodun texniki-iqtisadi əsaslandırmasını hazırlayıb və bizə təqdim edib. SOCAR isə yeni bir "Petkim" qurmaq istəyir", - deyə nazir əlavə edib.
Xatırladaq ki, SOCAR "Petkim"i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş." (STEAŞ) adı ilə davam etdirir. STEAŞ "Petkim"də təxminən 53 faizlik səhmə sahibdir.