Türkiyəli nazir “Star” neft emalı zavodunun inşası ilə maraqlanıb İqtisadiyyat

Türkiyəli nazir “Star” neft emalı zavodunun inşası ilə maraqlanıb

Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi "Star" neft emalı zavoduna baş çəkib. AZƏRTAC "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ) istinadla xəbər verir ki, STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov nazir Faruk Özlüyü neft emalı zavodunun inşası üzrə görülən işlər barədə məlumatlandırıb.
Xatırladaq ki, "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, "Goldman Sachs" - 13 faiz.