Azərbaycanda qeydiyyatdan keçən xarici startapların sayı açıqlanıb İqtisadiyyat

Azərbaycanda qeydiyyatdan keçən xarici startapların sayı açıqlanıb

Azərbaycanda qeydiyyatdan keçən xarici startapların sayı açıqlanıb.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu ay 3 İsrail, 3 Ukrayna və 3 Rusiya startapı Azərbaycanda qeydiyyatdan keçib.
Agentlik rəhbəri Ukrayna startapının Azərbaycandan 2 milyon dollar investisiya istədiyini də açıqlayıb: "Biz çox qısa müddətdə, təxminən 2 gün müddətində onları yoxladıq. Artıq onlar 17 milyon dollar investisiya cəlb ediblər, bizdən də 2 milyon dollar istəyirlər. Bu səbəbdən də biz əməkdaşlarımızı Kiyevə yola salmağa hazırlaşırıq".