"Fitch" Türkiyənin iqtisadi artımının sürətlənəcəyini proqnozlaşdırır İqtisadiyyat

"Fitch" Türkiyənin iqtisadi artımının sürətlənəcəyini proqnozlaşdırır

Yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyanın başlaması və karantin məhdudiyyətlərinin yumşaldılması Türkiyə iqtisadiyyatının artım tempini sürətləndirəcək.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin direktoru Duqlas Uinslou deyib.

Onun sözlərinə görə, bu, ilin ikinci yarısına yaxın baş verəcək. "Fitch Ratings" 2021-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır.

Reytinq agentliyinin rəhbəri pandemiya ilinin nəticələrinə görə, ÜDM-in artım tempinin təxminən 0,2% olacağını düşünür: "Türkiyənin real effektiv valyuta məzənnəsi (REER) indeksi məhdudiyyətlər altında 2020-ci ildə 18% enib. Ölkənin artan ixracat üzrə rəqabət qabiliyyəti son illərdə iqtisadiyyatın arxasında duran qüvvələrdən biri olub".

Uinslou reytinq agentliyinin yaxın gələcəkdə Türkiyənin valyuta ehtiyatlarında ciddi artım gözləmədiyini də qeyd edib.