DSMF-nin sədri Gəncədə pensiyaçılar üçün qəbul keçirəcək İqtisadiyyat

DSMF-nin sədri Gəncədə pensiyaçılar üçün qəbul keçirəcək

Tural

DSMF-nin sədri Elman Mehdiyev Gəncə şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 24 aprel 2015-ci il tarixdə, saat 11:00-da Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34, Gəncə şəhər Nizami rayon şöbəsində (02226) 4-42-07. Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.