“Mübarizə çox ağır olacaq” Müsahibə

“Mübarizə çox ağır olacaq”

Əli Babayev: "İndidən deyə bilərik ki, seçkidə proseslər qaynar müstəviyə keçəcək"

"Aprelin əvvəllərində cəbhədə baş verən prosesləri izləyirdik. Eyni zamanda ölkə ictimaiyyətində olan həmrəyliyi, xalqın prezidentin ətrafında necə birləşdiyini gördük. Bu qürurverici hal Gürcüstan azərbaycanlılarında da ruh yüksəkliyi yaratdı". Bu fikirləri "Xalq Cəbhəsi"nə müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresin sədri Əli Babayev deyib. O həmçinin digər məsələlərə də münasibər də bildirib.
- Mən deyərdim ki, bütün dünya türkləri birlik nümayiş etdirdi. Ermənilər isə yenə də həyasızlığından əl çəkmir və şər-böhtan kampaniyalarını dünya, xüsusən də Rusiya mediasında davam etdirirdilər. Hətta ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlı mülki vətəndaşı belə erməni kimi təqdim edirdilər. Ermənilər gürcü dilində saytlar yaradıb gürcü ictimaiyyətinə dezinformasiya yaydılar. Əlbəttə ki, biz bunu cavabsız qoymadıq. Müxtəlif tədbirlər, dəyirmi masalar təşkil edərək gürcü mediası vasitəsilə fikirlərimizi gürcü ictimaiyyətinə çatdırdıq. Təbii ki xaricdə yaşayan azərbaycanlılar, o cümlədən biz öz dövlətimizə dəstək verdik və bundan sonra da hər bir vəziyyətdə Azərbaycan dövlətinə dəstək verməkdə davam edəcəyik.
Gürcüstan prezidentinin, müdafiə nazirinin və digər yüksək rütbəli məmurların çağırışları Azərbaycanla Gürcüstan arasında olan strateji partnyorluq, dostluq münasibətlərinə dayanırdı.
Nəzərinizə çatdırım ki, bu yaxınlarda dünya azərbaycanlılarının 4-cü qurultayı keçiriləcək. Prezidentin xaricdə yaşayan azərbaycanlılarla bağlı verdiyi tövsiyyələr bizim üçün əsasdır. Biz onun tövsiyyələrinə uyğun olaraq Azərbaycanın inkişafı və uğurları üçün öz səylərimizi əsirgəməyəcəyik.

- Gürcüstan seçkilərə hazırlaşır. Gürcüstan siyasi səhnəsində nə baş verir və gözləntiləriniz nədir?

- Bilirsiniz ki, 2012-ci ilin oktyabrında Gürcüstanda "Gürcü Arzusu" Koalisiyası yarandı. Bir çox siyasi partiyalar, ictimai birliklər Bdzivina İvanaşvilinin rəhbərliyi altında birləşdi. Bununla da Saakaşvilinin 9 illik hakimiyyətinə seçki yolu ilə son qoyuldu. Buna baxmayaraq, Saakaşvilinin tərəfdarları parlamentdə ikinci yerdə oldular. Qeyd edim ki, onlar arasında olan çaxnaşma həmişə Gürcüstana müxtəlif mövqelərdə ziyan verirdi. Bu da onların vahid ideologiyalarının olmamasını sübut edirdi. 2012-ci ildən sonra ikinci parlament seçkisi bu ilin oktyabrında baş tutacaq. Bilirsiniz ki, həmin koalisiya dağılıb. Daha çox səs toplayan "Gürcüstan arzusu" Demoktatik Partiyası seçkiyə müstəqil qatılacaq. Bu partiyanın təsisçilərindən biri də mən olmuşam və siyasi şuranın sabiq üzvüyəm. Əlbəttə ki, bu seçkilər bizim üçün prioritet olacaq və çox ciddi planlarımız var. Bu planlara uyğun ciddi addımlar atacağıq.
-Müsbət və mənfi tərəflər nədən ibarətdir?
- Bizim çatışmayan cəhətimiz odur ki, təbliğatımız zəifdi. Bu istiqamətdə ciddi problemlərimiz var. Fikir və düşüncələrimizi ictimaiyyətə lazımınca çatdıra bilmirik. Bilirsiniz ki, Gürcüstanda yaşayan azərbaycanlıların 90 faizi gürcü dilini bilmir. Gürcüstanda gedən siyasi proseslərdən uzaq qalıblar. Ona görə də çalışırıq ki, seçkidə iştirak edən nümayəndələrimizə öz töhfəmizi verək. İndidən deyə bilərik ki, seçkidə proseslər qaynar müstəviyə keçəcək, mübarizə çox ağır olacaq.
-Azərbaycanlıların suyasi aktivliyi varmı?
-Gürcüstanın hakim partiyasının bir nümayəndəsi kimi məndən ötrü xoş haldır ki, Gürcüstanda digər siyasi partiyalarda azərbaycanlıların aktivləşməsi hiss olunur. Əvvəllər hökümət hakim partiyaya səs verilməsi üçün xalqa təzyiq edirdi. Amma indi artıq bu dövr arxada qalıb və belə tendensiya müşahidə olunmur. İndi demokratik şərait var, kim kimə istəsə səs verə bilər. Seçkilərin formal keçirilməsi ilə bağlı baş verənlər tarixdə qalıb. Əlbəttə biz, Gürcüstan hakimiyyətinə və digər partiyalara da müraciət edəcəyik ki, gürcü parlamentində əvvəlki dövr geri qayıtmasın. Gürcüstan müstəqil olandan indiyə vqədər 17 azərbaycanlı deputat olub. Onlardan 3-4 nəfəri gürcü dilini bilib. Qalanları isə gürcü dilini bilməyiblər. Bu faktor isə ciddi problemdir və bizə zərər verir. Bununla yanaşı Gürcüstan azərbaycanlılarının imicinə kölgə salır. Çünki Gürcüstanın konstitusiyasında, seçki qanununda yazılıb ki, millət vəkili seçilmək istəyən hər bir vətəndaş dövlət dilini bilməlidir. Amma qanuna zidd olaraq dövlət dilini bilməyən adamları deputat təyin edirirdilər. Hansı ki, onlar sadəcə xəbərləri olmadıqları qanun layihələrini qəbulu zaman əllərini düyməyə basmaqdan ötrü idilər. O dövr artıq arxada qaldı. Mən istəyirəm ki, parlamentdə həqiqətən layiqli insanlar təmsil olunsunlar, xalqımızın problemlərini qaldırsınlar. İkincisi də deputatlar öz xalqından, seçicisindən qaçmamalı, onların problemləri ilə maraqlanmalıdırlar. Amma indiki deputatlar öz kəndlərindən, qonşularından qorxurlar, onlardan qaçırlar.
- Gürcü dilini bilən, potensialı olan soydaşlarımızdan biri də sizsiniz, Sizin bu seçki üçşün planlarınız nədən ibarətdir?
- İndiyə qədər millətimi müdafiə etmişəm, onlarla bağlı fəaliyyət göstərmişəm. Həmişə millətimin dili, dini, mədəniyyəti, tarixi onların inteqrasiyasını prioritet hesab etmişəm. Kəndlərdə əhali ilə görüşür, onların problemlərinin həll yollarını axtarıram. İndi özümü parlamentdə təmsil olunmağa hazır hesab edirəm. Mən gürcü dilliyəm, cəmiyyət də məni yaxşı tanıyır. Yeganə azərbaycanlıyam ki, daim Gürcüstan mediasında öz mövqeyimi xalqa çatdıra bilirəm. Mən Azərbayan hökumətinin, ölkə başçısının apardığı siyasəti dəstəkləyirəm. Müxtəlif partiyalar və siyasətçilər tərəfindən Azərbaycan əleyhinə olan çıxışlara lazimi qaydada və səviyyədə cavab vermişəm, bundan sonra da verəcəyəm. Gürcüstanla Azərbaycan arasında münasibətlər heç bir zaman pis olmayıb. Gürcüstanla Azərbaycanm bir-birinə lazım olan ölkələrdir. İndi vəziyyət belədir ki, Gürcüstan azərbaycanlıları olaraq hökumət idarəetməsində aktiv rol oynamalıyıq. Bu da bizim özümüzdən asılıdır. Çox parçalanmaların şahidi olmuşuq. Lazım gələndə vahid mövqe nümayiş etdirə bilməmişik. Mən partiyanın siyasi şurasına da bildirmişəm ki, əgər layiqli partiya funksioneriyəmsə öz namizədliyimi irəli sürəcəyəm. Əgər əvvəlki prinsiplərlə deputatlar seçiləcəksə, mən həmin deputatlara qarşı çıxacağam. Hansılar ki, həmin deputatları xalqımız seçməyib, onlar təyin olunublar. Millətimizin hüquqları tapdandığı halda, həmin lal-kar deputatlar niyə səslərini çıxarmamalıdır və orada əyləşməlidirlər? Azərbaycanlılar Grücüstanda gürcülərdən sonra saylarına görə ikinci millətdir. Özü də biz zəhmətkeş millətik. Gürcüstanın kənd təsərrüfatı məhsullarının 70 faizdən çoxu orada yaşayan azərbaycanlıların zəhmətinin bəhrəsidir. Ora investisiya qoyan şirkətlər azərbaycanlıları da işlə təmin etməlidirlər. Hesab edirəm ki, gürcü dilini bilən savadlı və perspektivli azərbaycanlı gənclər də dövlət idarələrində təmsil olunmaldırlar. Gürcüstana 300-dən çox azərbaycan firmaları investisiya qoyub. Onlar azərbaycanlıları da işə götürməlidirlər. Tarixi abidələrimizin öz statusu olmalıdır. Bundan başqa muzeylərimiz, teatrlarımız bərbad vəziyyətdədir. Əksər məscidlərimiz qeydiyyata alınmayıb. Təbii problemlərimiz çoxdur və bunlar öz həllini tapmalıdır. Bütün bunların həll yollarını axtarmalıyıq. Gürcüstan bizim vətənimzidir və onun inkişafı üçün hər birimiz çalışmalıyıq.

Əli