“Roma Papası sülhə deyil, qarşıdurmaya dəstək verən din xadimidir” Müsahibə

“Roma Papası sülhə deyil, qarşıdurmaya dəstək verən din xadimidir”

Vaqif Abışov: "Onun qondarma soyqırımı bilərəkdən böyük bir mərasimdə qeyd etməsi nə tarixə, nə siyasətə, nə dinə, nə insanlığa, nə də sülhə hörmət gətirmir"

Roma Papasınn qondarma erməni soyqırımı haqqında söylədikləri istər Türkiyədə, istər Azərbaycanda, istərsə də bütün Türk dünyasında narazılıqla qarşılanıb və onun fikirlərinin qərəzli oluduğu, həqiqətə söykənmədiyi bildirilib.
Xatırladaq ki, Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Papa Fransisk çıxış edərək, "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı adlandırıb.
Ayindən sonra Papa erməni liderlərə yazılı mesaj verib. O, Tanrıdan türk və erməni toplumlarının uzlaşmasını, Dağlıq Qarabağ münaqişəsində tezliklə sülhün əldə edilməsini arzuladığını deyib.
Roma Papasının söylədiklərinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirib ki, söhbət həmin ifadənin işlədilməsindən yox, söhbət bir kilsənin, din xadiminin insanları sülhə çağırmaq əvəzinə, insanları qızışdırmaq , bir-birinə qarşı qoymaq, haçansa real tarixə söykənməyən hadisəni bilmədən, öyrənmədən danışmasından gedir ki, bu da bağışlanan hal deyil:" Bu, nəinki Türkiyə-Erməınistan münasibətinə, o cümlədən Azərbaycan-Ermənistan münasibətinə xələl gətirən, qarşıdurmanı şiddətləndirən bir məsələdir. Roma Papası özünü katolik kilsəsinin başçısı hesab edirsə, insanları sülhə, qarşılıqlı hörmətə, ərazi prinsiplərinin qorunmasına çağırmalıydı. Eyni zamanda, xristian təəssübkeşi kimi, kiminsə xoşuna gəlsin deyə, çıxış etməməlydi".
Tarixçi alimin sözlərinə görə, bu cür qarşıdurmalara gətirib çıxaran çağırış xristian kilsəsinin, katolik kilsəsinin bir növ tarixindən irəli gəlir: "11-12-ci əsrlərdə baş verənlərə diqqət yetirək. Roma Papası ikinci Urban 1095-ci ildə Fransanın Klermon məclisində kütlələrə, o cümlədən cəngavərlərə, feodallara, sənətkarlara müraciət elədi. Müraciətin əsasında insanlığa nifrət, müsəlman ölkəsinə hücüm və sərvət toplamaq dayanırdı. Guya İsa peygəmbərin qəbri Yerusəlimdə kafirlərin, müsəlmanların əlindədir və gedib onu müdafiə eləmək və geri qaytarmaq lazımdır. Halbuki, tarixdən məlumdur ki, İsa peyğəmbər çarmıxa çəkilərək edam edildikdən üç gün sonra qeyb olub. Yəni İsa peyğəmbərin məzarı hazırda bilinmir hardadır. Roma Papası müraciətdə bildirib ki, kim bu yürüşdə iştirak edəcəksə Allah onun günahlarını bağışlayacaq. Gəin görək yürüşün məqsədi, nəticəsi nə oldu? Məqsəd zəngin müsəlman ölkələrini qarət eləmək, var-dövlət toplamaq və orada olan torpaqlara yiyələnməkı, Roma Papasına tabe olan krallıqlar qurmaq idi. Və beləliklə 8 xaç yürüşü keçirilib. Bu yürüşlərin də aparıcısı və çağırışçısı Roma Papası olub. Bu yürüşlərin hamısı məğlubiyyətlə nəticələnmişdir ".
Vaqif Abışov deyir ki, bütün bunlar haqqında Avropa tarixçiləri də yazıb: "Bu xaç yürüşlərinin nəticəsi çox dəhşətli və acınacaqlı olub. Yüz minlərlə dinc insan-qadın, uşaq, qoca- həlak olub, evlər, məscidlər yandırılıb. Yürüşə gedən insanlardan da böyük hissə qırılıb. Artıq dördüncü yürüşdə Roma Papasının çağırışı yalan olduğu aydın oldu. Yəni dediyim kimi, Roma Papasının İsa peyfəmbərin qəbrini qorumaq yox, sərvət toplamaq məqsədi tam bəlli olmuşdur. Roma Papasının çağırışıyla 1204-cü ildə dördüncü xaç yürüşünü Bizans üzərinə edilib. Bu zaman zəngin Bizans mədəniyyəti xaçlılar tərəfindən qarət edilib və yandırılıb. Buradan belə bir sual ortaya çıxrı. Əgər Roma Papasının məqsədi İsa peyğəmbərin qəbrini "kafirlərdən" qorumaq idisə, bəs nəyə görə xristian ölkəsi olan Bizans dövlətinə hücum edib?"
BAXCP funksioneri digər tarixi fakta diqqət çəkib: "Roma Papasının çağrışı ilə digər bir xaç yürüşü müsəlman dövləti olan Kordovaya qarşı olub. Bu hücum nəticəsində 1492-ci ildə Kordova dövləti süqut edib, həmin ərazidən müsəlmanlar qovulub, qırılıb və yerində xristian dövləti qurulub.
Gəlin indi də xristianların öz içərisində Roma Papasının fitvasıyla baş verən qırğınlara nəzər salaq. 1517-ci ildə kilsə islahatları başlayıb. Martin Lüter Almaniya universitetlərindən birində ilahiyyat professoru idi. O dinin eybəcərliklərinəı, yəni kilsə qəbzinə qarşı 1517-ci ildə 95 tezislə Roma Papasına etiraz eləyib. Və bununla da 1517-ci ildə Avropada protestantlığın, kilsə islahatının başlanğıcı qoyulub. Bu proses uzun müddət davam edib. Kilsə islahatına qarşı hərakatın başında isə Roma Papası durub. Hətta ayrıca bir "İsa cəmiyyəti" yaradılıb. Məqsəd kim islahat tərafdarıydısa onu öldürmək olub . Özü də qəddarcasına. O dövrdə çox dəhşətli cəza vermək üsullarını Roma Papası "ixtira" eləyib. İnsanların əllərini, ayaqlarını sındıraraq cəzalandırıblar. İnsanları diri-diri tonqalda yandırıblar. Bir sözlə, insanlığa sığmayan cəza növü tətbiq olunub və ayrıca da bir terrorla məşğul olan təşkilat qurulub. Həmin bu terror təşkilatının-"İsa cəmiyyəti"nin başına ispaniyalı İqnati loyola gətirilib. Bu terror təşkilatı birbaşa Roma Papasına tabe olub".
Onun sözlərinə görə, kilsə islahatı dövründə Avropanın özündə yüz minlərlə insan vəhşicəsinə öldürülüb və şikəst edilib: "1572-ci ildə Parisdə kral öz bacısının toyuna bütün sayılıb-seçilən insanları dəvət eləyib. Toy başa çatan gün protestantlara qarşı Roma Papasının fitvasıyla qırğın törədiblər. Tarixdə buna Varfolamey gecəsi deyirlər. 30 mindən çox insanı gecəylə qətlə yetiriblər.
Bu gün Roma Papası qondarma "erməni soyqırımı"dan danışır və insanlara yalan və təhrif dolu məlumat verir. Ancaq indiki Roma Papası unudur ki, yuxarıda sadaladığım hadisələrə və insanların qətlinə fitva verən özünün xələfləri olub. Tarixdə Roma Papasının cinayətlərini saymaqla qurtarmaq olmaz".
Vaqif Abışovun fikrincə, Roma Papasının qondarma soyqırımı bilərəkdən böyük bir mərasimdə qeyd etməsi nə tarixə, nə siyasətə, nə dinə, nə insanlığa, nə də sülhə hörmət gətirmir:" Roma Papasının söylədikləri pislənilməlidir. Yaşadığımız 21-ci əsrdə bir daha sübut olundu ki, Roma Papası sülhə deyil, qarşıdurmaya dəstək verən din xadimidir".