“Türkiyədən bütün ermənilər çıxarılmalıdır” Müsahibə

“Türkiyədən bütün ermənilər çıxarılmalıdır”

Varol Esen: "Türkiyə ermənilərlə bütün siyasi və ticari əlaqələrini qırmaq məcburiyyətindədir"

Böyük Turan Hərəkatı Partiyasının (Türkiyə) lideri Varol Esenlə müsahibəmizi ermənilərin qondarma erməni soyqırımına hazırlıq məsələləri, Roma Papası, ardınca Avropa Parlamentinin bu qondarma oyuna haqq qazandırmaları üzərində qurduq.

- Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə əlaqədar qəbul etdiyi qərara munasibətiniz necədir?
- Avropa Birliyi olmayan bir soyqırımı tanıyaraq türklərə olan düşmənçiliyini bir daha ortaya qoydu. Qərbdəki bir sıra dairələr Türkiyədəki əlaltıları ilə birlikdə Türk torpaqlarını parçalamaq üçün hərəkətə keçiblər, lakin əsla uğur əldə edə bilməyəcəklər. Ermənilər Xocalı qırğını və 1914-1915-ci illərdə törətdikləri qırğınların hesabını verəcək. Ermənilər Qarabağda törətdikləri vəhşiliklərin hesabını verəcək və Qarabağdan qovulacaqlar. Biz Böyük Turan Hərəkatı Partiyası olaraq qətiyyətlə Avropa Birliyinin bu qərarına qarşı çıxırıq və lazım olan cavabı verəcəyik. Biz iqtidara gəldiyimizdə bütün bunların hesabını soruşacaq və and olsun ki, Qarabağda təkrar Azərbayan bayrağını dalgalandıracağıq.
- 24 apreldə Türkiyədəki ermənilər qondarma soyqırımın 100 illiyi ilə əlaqədar tədbirlər keçirəcək. Sizin partiya bu tədbirlərə cavab hazırlayacaqmı?
- 24 apreldə nə kimi hərəkət edəcəklər bir görək, ondan sonra onlara necə cavab verməyi düşünəcəyik. Lakin bütün dünya bunu yaxşı bilsin biz Türkük, nə kimsəyə əl açmarıq və nə də kimsədən qorxmarıq. Lazım olan cavabı artıqlaması ilə verərik. Torpaqlarımıza göz dikənin gözünü çıxardarıq.
- Ərdoğanın Türkiyədəki ermənilərə isti münasibəti də müzakirə mövzusudur. Bəlkə elə ötən il verilən başsağlığından sonra Roma papası, ardınsa Avropa Birliyi məlum qərarlar qəbul edib...
- Ərdoğanın iqtidara gəldiyi gündən həyata keçirdiyi siyasətə baxdığımızda Türkiyənin və Türk millətinin maraqlarına qarşı yönəldiyini görürük. Bilirsiniz, uzun illərdir qəbul edilməsinə çalışılan qondarma erməni soyqırımı uydurmasına görə Türkiyə prezidentinin ermənilərdən ürək dolusu üzr istəməsi çox yersiz idi. Nəticəsi də budur ki, indiki iqtidar əfəndiləri papanı saraylarına tərif dolu sözlərlə dəvət edərək, qonaq qəbul etdilər. Sonra da papa "türklər erməniləri soyqırıma uğradıb" deməklə Avropa Birliyinin də Türkiyə əleyhinə qərar qəbul etməsinə yol açıb. Zəncirvari bağlılıqları olan bu məsələlər çox maraqlıdır. Avropa Birliyinin qərarının doğuracağı nəticələr ölkəmizə qarşı təzminat və torpaq tələbinə qədər irəliləyəcək. Ona da tam əminəm ki, indiki hökumət bunu da qəbul edəcək. Ancaq Böyük Turan Hərəkatı Partiyası olaraq son nəfəsimizədək türk millətinin maraqlarını qoruyacağıq və hər bir təcavüzün qarşısında dimdik dayanacağıq. Bu məsələnin ipini nəyin bahasına olur-olsun əlimizdən buraxmayacağıq. Necə deyərlər: Ya istiqlal, ya ölüm! Şüarımız budur!
- Necə düşünürsünüz, Avropa Parlamentinin bu qərarından sonra qapılar Türkiyənin üzünə birdəfəlikmi bağlandı?
- Heç bir şəkildə istəklərinə çata bilməzlər. Avropa Birliyi sanmasın ki, türk milləti bu qərarı qəbul edəcək. Əgər sabah başlarına nə gələcəyini maraq edirlərsə dönüb Türkün tarixinə baxmaları lazım olacaq.
- Bundan sonra Türkiyə hansı yolu tutmalıdır?
- Bundan sonra Türkiyə ermənilərlə olan bütün siyasi və ticari əlaqələrini bitirmək məcburiyyətindədir. Əslində bunu lap əvvəldən, Qarabağ işğal edildiyi gündən etməliydi. Hətta Ermənistandan gələn bütün ermənilər Türkiyədən çıxarılmalı, ölkəyə bir erməni siyasətçinin belə daxil olmasına izn verilməməlidir. Ermənilər bizə qarşı düşmənçilikdən əl çəkməyiblər və əsla onlarla dost ola bilmərik. Azərbaycandakı qardaşlarıma mesajım budur. Biz bir olsaq dünyada heç bir güc qarşımızda dayana bilməz. Böyük Turan Hərəkatı Partiyası olaraq Türk Millətinin olduğu hər yerdə səsimiz olacaq.
- Siz Türkiyənin Ermənistanla əlaqələrini kəsməsinin vacibliyini qeyd etdiniz. Məgər iki dövlət arasında siyasi, iqtisadi əlaqələr mövcuddur? Axı rəsmi Ankara bəyanlayıb ki, Türkiyənin Ermənistanla heç bir əlaqəsi yoxdur...
- Türkiyədəki mövcud hökumət nə zaman doğru söyləyib ki? Abdullah Gül prezident ikən Ermənistana səfər etmədimi? AB soyqırım yalanını qəbul etdiyi zaman niyə ona qarşı çıxmadılar? Niyə Xocalı soyqırımını TBMM-də qəbul etmədilər? Ərdoğan bu gün də ermənilər haqqında yüksək fikirdədir...Hər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr mövcuddur. Sadəcə, gizlədilir...
- Varol bəy, bir qədər də Böyük Turan Hərəkatı Partiyasının meydana gəlməsindən bəhs edin...
- - Böyük Turan Hərəkatı Partiyası, Türkiyədə yaşanan xəyanətlərə "dur" demək və Türk dövlətləri ilə Türk Birliyini qurmaqdır. Və bunun qabaqcılı qətiliklə Böyük Turan Hərəkatı Partiyası olacaq. Biz partiya olaraq nə ərəb birliyi, nə də Avropa Birliyini istəyirik. Biz qanımızın tələbi kimi qan qardaşlarımız ilə birlik qurmaq istəyirik. Dünyanın yetişdirmiş olduğu ən böyük dövlət xadimi və əsgər olan ulu rəhbər Mustafa Kamal Atatürkün xəyalı budur. Və biz rəhbərimizin bu xəyalını reallaşdıracağıq.

Cavid