“Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək” Siyasət
- 4 May 2016 16:24
- 602
"Azərbaycan ordusu 1-3 aprel tarixlərində hücum etməyib, Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verib. Gələcəkdə Ermənistan ordusu hücum edərsə, yenə adekvat cavab veriləcək. Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək". Bunu açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib. B. Səfərov deyib ki, aprel hadisələri dövründə 15 yaşlı uşaqlar belə könüllü cəbhəyə yollanmaq üçün müraciət ediblər: "Xalqımız torpaqlarımızın azad edilməsini istəyir. Beynəlxalq hüquqa görə Azərbaycanın torpaqlarını işğaldan azad etmək, torpaqlarını işğalçı ordudan, quldur dəstələrindən azad etmək hüququ var. Azərbaycan dövləti, ordusu nə vaxt istəsə, bu addımı ata bilər". Sabah Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsinin müzakirəyə çıxarılmasına gəlincə, B. Səfərov qeyd edib ki, bu, Ermənistan tərəfindən növbəti təxribatdır: "Həmişə belə təxribatlara əl atıblar. Ermənistandakı rejim çətin duruma düşəndə, iç üzləri açılanda, həmişə təxribatlara əl atır. Bu da belə təxribatlardan biridir. İkincisi, Ermənistan parlamentinin qondarma "DQR"i tanıyıb-tanımaması heç nəyi dəyişməyəcək. Həm də Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı hansısa məsələni müzakirəyə çıxarmaq hüququ yoxdur. Bütün dünya Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun Azərbaycan torpaqları olduğunu qəbul edir. Ermənistan bu addımı atsa belə, bunun bir əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan bu gülünc təxribatı ilə sadəcə, dünyada özünü növbəti dəfə biabır etməkdən başqa heç nə qazana bilməyəcək". Ermənistan parlamentinin qondarma DQR-i tanımasının münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqların dayanmasını təsir göstərə biləcəyinə gəlincə, B. Səfərov Ermənistanın Azərbaycanla müharibə etmək gücü və qabiliyyətinin olmadığını vurğulayıb. O, Birinci Qarabağ Savaşında Azərbaycanın nizami ordusunun olmadığını xatırladıb: "Bu gün Azərbaycanın güclü ordusu var və gücünü ortaya qoyur. Lazım gələrsə, Azərbaycan öz ərazisini işğaldan azad edəcək. Azərbaycana başqalarının torpaqları lazım deyil. Ermənilər onu da gözəl bilirlər ki, Dağlıq Qarabağ Qarabağ xanlığının, bu gün yaşadıqları torpaqlar İrəvan və Naxçıvan xanlığının torpaqlarıdır. Qarabağ bizimdir, bizim də olacaq".
-
Normallaşmanın başlanğıc nöqtəsi
-
Ankara və Bakı Şərqi Qərblə birləşdirir
-
Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
-
2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq
-
Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər - Metyu Brayza
-
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
-
Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir - Sadır Japarov
-
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb
-
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub - YENİLƏNİB
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB
-
Prezident İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
-
Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
-
Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir - ŞƏRH
-
Azərbaycanda məşhur həkim özünü güllələyib
-
Prezident İlham Əliyev: Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
-
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
-
Yanvar-mart aylarında Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb
-
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib
-
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” dəyişiklik edilib - FƏRMAN
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilib
-
Laçında otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə konfrans işə başlayıb
-
Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
-
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
-
Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
“Təhsil haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
-
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı
-
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
-
Azərbaycan və Qırğızıstan Prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
-
Sabahın hava PROQNOZU
-
Hulusi Kılıç: Azərbaycanla Ermənistanın xarici müdaxiləsiz razılıq əldə etməsi önəmli addımdır
-
COP29 qlobal problemlərin həllinə ciddi töhfə verə bilər - Printon universitetinin professoru
-
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
-
AMEA-da yeni şöbələr yaradıldı
-
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşı
-
Bakıda Qırğız kino günlərinin açılışı olub
-
Təzadlı obrazlar ustası
-
Paytxatda şadlıq sarayı cərimə edilib
-
Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Azərbaycanda əmtəəlik qaz kondensatının istehsalı 7%-dək artıb
-
Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb
-
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
-
Perspektiv əməkdaşlıq istiqaməti
-
Azərbaycanlı Türkiyədə avtomobil qəzasında dünyasını dəyişib - FOTO
-
Erməni politoloq Tavuşda həbs edilib
-
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
-
Yanvar-mart aylarında İspaniyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Azərbaycan Kubokunda finalçılar məlum olacaq
-
Çin ABŞ-dən Tayvanı silahlandırmağı dayandırmağı tələb edib
-
Urmuda hicaba görə qarşıdurma olub
-
Zaxarova: “Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlayacaq NATO təlimləri təxribat xarakterlidir”
-
"Azeri Light" nefti yenidən bahalaşıb
-
Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb
-
Bakıda traktorla motosikletin toqquşması nəticəsində bir nəfər ölüb
-
Bakıda Qırğız Kino Günlərinin açılışı olub
-
Bakıda avtomobillə moped toqquşub, ölən var
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri