Ermənistanın qondarma “DQR” blefi Siyasət

Ermənistanın qondarma “DQR” blefi

Ermənistan baş nazirinin mətbuat katibi Gohar Poqosyan hökumətin qondarma "DQR"-in tanınması təklifini dəstəklədiyini təkzib edib.
O, bu barədə "facebook"dakı səhifəsində məlumat yayıb.
Poqosyan bildirib ki, indiki mərhələdə hökumət "DQR"-in müstəqilliyinin tanınması haqda qanun layihəsini bəyənməyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti qanun layihəsini "DQR" ilə gələcək müzakirələr nəticəsində müəyyən edəcək.
qondarma ""DQR"-in tanınması haqqında" qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.
Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.
Qeyd edək ki, Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
BBC-nin məlumatına görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib və "Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur.