Aİ Ermənistanda nüvə bombasının olmasını araşdıracaq Siyasət

Aİ Ermənistanda nüvə bombasının olmasını araşdıracaq

Avropa İttifaqı Ermənistanın yüksək rütbəli məmurlarının bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlar araşdıracaq.
Bunu Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerinin rəsmi nümayəndəsi Mayya Kosyançiç bildirib.
"Mən bunu dəqiqləşdirməliyəm. Siz bizim nüvə silahının yayılmaması barədə mövqeyimizi bilirsiniz. Siz bizim bu məsələyə yanaşmamızı bilirsiniz. Bu hamıya aydındır. Lakin mən bu məlumatı dəqiqləşdirəcəm", - deyə Kosyançiç qeyd edib.
Qeyd edək ki, aprelin 29-u Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirib.
Ermənistan İnqilab Federasiyası - "Daşnaksütyun"un parlament fraksiyasının rəhbəri Armen Rustamyan isə "Qarant Baqratyan nə danışdığını yaxşı bilir, o ağıllı insandır və baş nazir olub. Onun belə bəyanatlar verməsi üçün əsas var. Biz atom energetikasını inkişaf etdirən ölkəyik. Bundan artıq heç nə deməyəcəyəm, bu, hərbi sirdir", - deyə bu günkü açıqlamasında bildirib