Erməni “general”ın etirafı Siyasət

Erməni “general”ın etirafı

Samvel Karapetyan: "Ağdərədə xeyli itki verdik"

Azərbaycanın işğal altındakı torpaqlarındakı hərbi-cinayətkar separatçı rejimin təmsilçisi, "general-mayor" Samvel Karapetyan erməni jurnalistlərə müsahibəsi zamanı 2-5 aprel tarixlərində təmas xəttində baş verən döyüşlərdən danışıb.
Karapetyan müsahibəsində bir çox nüanslara aydınlıq gətirib:
"Ağdərənin şimalına getidiyim zaman vəziyyətin gərgin olduğunu gördüm. Maşında yeni təfərrüatlar barədə məlumatlar aldıqdan sonra anladım ki, əsl müharibə gedir. Ciddi təhlükənin yarandığı Ağdərə istiqamətinə getməyi təklif etdim. Mən ora çatanda və komanda mərkəzində yerləşəndə uşaqlar ciddi döyüşlərin olacağını gözləmirdilər. Bu zaman kəsiyində artıq Azərbaycan Ordusunun ağır artilleriyası hərəkətə keçmişdi.
30 dəqiqədən sonra 116 və 118-ci mövqeləri itirdik, xeyli itki verdik. Dərhal hərbi hissə komandirinə müvafiq tapşırıq verdim ki, özü ilə kifayət qədər əsgər götürərək həmin mövqelərə hücuma keçsinlər.
Artıq bəlli idi ki, biz orada itkilər vermişik. Sonradan göndərdiyimiz qüvvələrin irəliləməsi də mümkün olmadı. Artıq Azərbaycan Ordusu 300 metr torpaqları işağldan azad etmişdi. Geri qayıdıb silah gətirmək istədiyimiz zaman yenə mövqe itirdik.
Bəlli idi ki, onlar müəyən edilən istiqamətlər üzrə hücuma başlayacaq. Bir müddətdən sonra məlum oldu ki, Azərbaycan Ordusunun tank batalyonu 4-cü və 5-ci müdafiə zonasına hücum edir. Onların hücumunu saxlamaq üçün artilleriyamız hərəkətə keçdi.
Talış kəndi istiqamətində mövqelərimizi geri qaytarmağa başlamağımıza baxmayaraq, Azərbaycan tərəfi Talış, Madagiz və Seysulan kəndlərini geri qaytardı".
Karapetyan aprel döyüşlərində erməni tərəfindən xeyli itkilərin verdiyini etiraf edib: "Bu müharibə diqqətdən qaçırdığımız bəzi boşluqları üzə çıxardı. Düzdür, biz çox itki verdik. Lakin bir çox həyatları da qurtardıq. Bütün çatışmazlıqlar hazırda "prezident"in diqqət mərkəzindədir. Bununla bərabər bildirmək istərdim ki, bu, tək ordunun yox, "hökümət"in və xalqın problemidir.
Bəziləri belə hesab edir ki, "düşməni" sehirli çubuqla yerinə oturtmaq və hücumun qarşısını almaq olar. Bu cür rahatlıq qəbuledilməzdir. Təəssüefdici nüanslardan biri odur ki, bu cür fikirlər yüksək vəzifədə əyləşən hərbçilərdə də mövcuddur. Təsadüfi deyil ki, bir neçə yüksək vəzifəli hərbçi bu cür düşüncənin ucbatından cəzalandırıldı".