Qənirə Paşayeva qadınların durumundan danışıb Siyasət

Qənirə Paşayeva qadınların durumundan danışıb

Millət vəkili Qənirə Paşayeva Parlament Qadınlarının Qlobal Forumunun prezidenti Silvana Koch-Mehrin ilə Qarabağ və məcburi köçkün qadınlar barədə danışıb.
Görüş zamanı millət vəkili Q.Paşayeva Parlament Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrinə Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar vermişdir. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Qənirə Paşayeva Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən "Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları da Rarlament Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrinə təqdim edib. Millət vəkili Qənirə Paşayeva Parlament Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.
Parlament Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrin Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib və rəhbərlik etdiyi təşkilatın münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Millət vəkili Q.Paşayeva Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrinə Qadınlarının Qlobal Forumunun prezidenti,Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrinə Azərbaycan mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı kitablar, materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini hədiyyə edib.