“Biz o torpaqları istəmirik” Siyasət

“Biz o torpaqları istəmirik”

Vaqram Baqdasaryan: "İtkilərin çoxalması istiqamətində atılacaq addım barədə heç kim düşünməsin"

"Sakitcə yerlərində əyləşib, yeni gərginliyin yaranmasına səbəbkar olmasınlar. Yaxşı olar ki, onlar cəbhədə öldürülən şəxslərin ailələrinə yardım etsinlər. İtkilərin çoxalması istiqamətində atılacaq addım barədə heç kim düşünməsin".
Bunu Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan "Şuşa" batalyonunun komandiri Jirayr Sefilyanın "800 hektar ərazini geri almağa hazırıq" bəyanatına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, münaqişə danışıqlar yolu ilə öz həllini tapmalıdır: "Biz digər yolla gedirik. Qarabağın müharibə yolu ilə həlli yoxdur. Militarist çıxışlara yol vermək olmaz. Əgər onlar (veteranlar-red) cəbhəyə gedərək əsgərlərin qarşısına çıxıb, ordunu müharibədən başqa çıxış yolunun olmadığı barədə inandırsalar, o zaman biz də onların arxasınca gedərik.
Yox, əgər onlar özlərini kamikadze hesab edirsə, bu halda növbəti dəfə ermənilər həlak olacaq. Yeni ölümlər hesabına bizim üçün xüsusi əhəmiyyət kəsb etməyən torpaqları işğal etmək istəmirik".