BAXCP-dən 2 milyardlıq silah təklifi Siyasət

BAXCP-dən 2 milyardlıq silah təklifi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
Tolantıda Azərbaycan hökumətinə müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Azərbaycan rəhbərliyi Ermənistanın havadarlarının bütün təzyiqlərinə baxmayaraq güclü iradə nümayiş etdirməli, iyun ayında nəzərdə tutulan danışıqlar zamanı Ermənistana torpaqları azad etmək üçün dəqiq vaxt verməli və bu, baş verməsə, torpaların azad olunması üçün qəti addımlar atmalıdır: "Azərbaycan bundan sonra daha bir neçə onilliklər torpaqların işğal altında qalması ilə barışmamalı, Ermənistanın Rusiyadan faizsiz kreditlə silah aldığı bir vaxtda Neft Fondundan müasir silahların alınması üçün ən azı 2 milyard dollar vəsait ayırmalıdır. Bununla yanaşı, Azərbaycanın haqq işini müdafiə edən ölkələrdən üzünmüddətli kreditlə silah və texnika alınmalı Ermənistandan hərbi üstünlük on qat təmin edilməlidir".