“Qarşısı alınmayan proseslər baş verə bilər” Siyasət

“Qarşısı alınmayan proseslər baş verə bilər”

Bahar Muradova: "Prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə Azərbaycan öz qəti qərarını verəcək"

"Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı müzakirələrin aparılmasından təəssüf hissi keçirtmək lazımdır. Çünki dünyanın bir sıra aparıcı ölkələrinin parlamentlərində heç bir tarixi faktlara söykənməyən, sübut olunmamış, barəsində istintaq aparılmayan, hökm çıxarlımayan məsələlər müzakirə edilir. Bunlar yalnız düşüncələrin və illuzziyaların, yalanların, iftiraların üzərində qurulmuş əsassız iddilardır". Bu barədə Milli Məclis sədrinin müavini, parlamentin İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərin suallarını cavblandırarkən söyləyib. Komitə sədri bildirib ki, bəzən bu cür məsələlər ətrafında parlamentlərdə müzakirələr aparılaraq sənədlər də qəbul edilir. "Təəssüf ki, ayrı-yarı ölkələrdə regionlarda tarixən baş vermiş hadisələrə bu günün siyasi reallıqları baxımından qiymət verirlər. İstəməzdim ki, Almaniya Bundestaqında bu cür qondarma bir məsələ müzakirəyə çıxarılsın. Hansısa məsələni Bundestaqa çıxarmaq deputatın hüququ olsa belə digər deputatların da buna tənqidi münasibət bəsləmək hüquqları da var".
Bahar Muradova söyləyib ki, bu məsələdə alman deputatlarının tənqidi və ermənilərin əleyhinə yanaşmasının olmasını da gözləyirlər:
"Ümid edirik ki, Almaniya Bundestaqında məsələ ilə bağlı tənqidi yanaşmalar olacaq və müzakirələrin əleyhinə fikirlər də səsləndiriləcək.
Vitse-spiker Almaniya Bundestaqındakı məsələnin Azərbaycan parlamentində müzakirə olunacağını söyləyib: "Azərbaycan parlament rəhbərliyinin və üzvlərinin bu məsələ ilə bağlı Almaniya Bundestaqına hansısa etiraz sənədi göndərəcəyi haqqında dəqiq nəsə deyə bilmərəm.
Çünki bununla bağlı konkret olaraq hansısa məsələ müzakirə olunmayıb. Hər hald bizim deputatların bu məsələ ilə bağlı fikirləri birmənalı olacaq. Belə məsələlərdə bizim millət vəkilləri heç vaxt biganə qalmırlar. Ayrı-ayrılıqda deputatların fikirlərinin olacağını bilirəm.
Ayrıca hansısa sənədin qəbul olunması ilə bağlı isə kollegial müzakirəyə ehtiyac var.İndi isə qəti fikri söyləmək mümnü deyil".
Bahar Muradova həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun görüşünə də münasibət bildirib.
O, deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş bütövlükdə məsələnin həlli demək olmayacaq. Onun sözlərinə görə, bu, Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir: "Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başalanğıcı kimi dəyərləndiririk. Əgər əvvələr bu formatda keçrilən görüşlərdə yalnız bəyanatlar verib məsələnin uzanmasından narahatlıq ifadə, tərəfləri qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır".
Deputat bildirib ki, prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə Azərbaycan öz qəti qərarını verəcək: "Bu görüşlərdə görsək ki, məsələnin həlli ilə bağlı həm vasitəçilər ciddi mövqeyə malikdir, həm də Ermənistan tərəfi bu ciddi mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir, o zaman biz bu danışıqların perspektivinə inana bilərik. Onun davamlı şəkildə getməsində iştirak edə bilərik.Yox əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedirsə, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək". Vitse-spiker deyib ki, Azərbaycan yalnız atəşkəs rejiminə və insidentlərin araşdırılması mexanizminin müəyyənləşməsinə razılıq verib: "Hansısa öhdəlik və ya sənəd imzalamayıb. Ona görə də düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi hamıya bəllidir. Və elə o mövqe yeni reallığı yaradıb.
Bu reallıq dəyərləndirilməyəcəksə, o zaman hesab edirəm ki, qarşısı alınmayan proseslər baş verə bilər".