“Rusiya əlindən gələni edir” Siyasət

“Rusiya əlindən gələni edir”

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib.
"Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində addımlar atır. Azərbaycan və Ermənistan rəhbərliyi və danışıqlar prosesindəki həmkarlarımızla daim əlaqədəyik. Təmas xəttində gərginlik yaşanan zaman Rusiya dərhal reaksiya verir. Hesab edirəm ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir", - deyə Mariya Zaxarova qeyd edib.