Ermənilər başa düşür ki, torpaqlar qayıtmalıdır Siyasət

Ermənilər başa düşür ki, torpaqlar qayıtmalıdır

İlqar Vəlizadə: "Ermənistan cəmiyyəti hazırda böyük təşviş içərisindədir"
Ermənistan illərdir işğal etdiyi Azərbaycan torpaqlarını
qaytarmayacağına arxayın idi və bu yolda Rusiyaya ümid edirdi, ancaq bu ümidlər artıq puç olur. Bu barədə politoloq İlqar Vəlizadə danışıb. Konfliktoloq müharibə başlayacağı təqdirdə Rusiyanın açıq-aşkar ermənilərə dəstək verməyəcəyini düşünür: "İş orasındadır ki, Azərbaycan öz torpaqaqlarını işğalçılardan boşaltmaq qərarına gəlsə, burada Rusiya aciz olacaq və birbaşa müdaxilə edə bilməyəcək. Eyni zamanda, danışıqlar prosesində mərhələli həll planından daha çox danışılır. Bu isə erməni cəmiyyətində illərlə möhkəmlənən fikirləri sarsıtmağa başlayıb. İrəvan bu və ya digər şəkildə yaranmış vəziyyətdə nəsə etməyə çalışır. Ermənistan rəsmiləri və siyasi fəalları artıq açıq şəkildə dilə gətirirlər ki, torpaqları Azərbaycana qaytarsınlar və bunun qarşılığında Dağlıq Qarabağın müstəqilliyi tanınsın. Fikir verin, əvvəllər bu fikirləri çox səsləndirmirdilər. Beynəlxalq ictimaiyyət və həmsədrlərin son açıqlamaları da göstərir ki, bu varinat predmetli şəkildə müzakirə edilir və danışıqların növbəti mərhələsində konkret göstərilməlidir. Həmsədrlər çox yaxşı başa düşürlər ki, Azərbaycanın tələbi nəzərə alınmadan danışıqlar prosesini aparmaq olmaz. Bu fonda Ermənistan cəmiyyəti hazırda böyük təşviş içərisindədir və ölkə rəhbərliyinə qarşı tələblər güclənir. Ermənilər hazırda başlarını iki sual üzərində baş sındırırlar: Ermənistan bu 25 il ərzində nəyə nail oldu və bu mübarizə, verillən itkilər nəyə lazım idi? Bax bu suallar açıq olaraq qalır".