“Türkiyədə 24 iyun seçkiləri çətin mübarizə şəraitində keçəcək” Siyasət

“Türkiyədə 24 iyun seçkiləri çətin mübarizə şəraitində keçəcək”

Məhəmməd Əsədullazadə: "CHP və İYİ partiya anlaşması, AKP-MHP ittifaqı üçün surpiriz oldu"
"Türkiyədə 24 iyun seçkiləri AKP üçün əvvəlki seçkilərdən fərqli olaraq çətin mübarizə şəraitində keçəcək". Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, AKP-nin zəfləməsi və elektorad itirməsidir ki, bu gün Milliyətçi Hərəkat Partiyasının dəstəyinə ehtiyacı var: "MHP başqanı Dövlət Baxçalı, məhz öz siyasi gələcəyi naminə AKP ilə ittifaqa gedərək, öz nüfuzunu qorumağa çalışdı. Həmçinin ona qarşı partiya daxilində narazılıqlardan qurtularaq siyasi mövqeyini gücləndirdi. Qeyd edim ki, AKP-MHP siyasi ittiifaqı zərurətdən irəli gələrək, siyasi proseslərdə itirən mövqelərini qorumağa çalışırlar. Son seçkilərdə AKP və MHP-nin səs itirməsi, göstərdi ki, iki partiya siyasi qüruba enə bilər. Ona görə də məhz AKP və MHP Türkiyədə baş verən siyasi-hərbi hadisələr fonunda ittifaqa getdi". Politoloq deyib ki, son iki ildə AKP-nin təkbaşına hökumət qurmayacağı aydınlaşaraq ölkədə prezidentlik üsul-idarəsinə keçməsi ilə bağlı konustitusiya dəyişilkliyi bununla bağlı idi: "24 iyun növbədənkənar prezident seçkilərinə getmək üçün CHP və İYİ partiyanın ittifaqa getməsi, AKP-ni çətin vəziyyətə salacaq. İYİ partiya başqanı Meral Akşener və CHP lideri Kemal Kılıçdaroğlu AKP hakimiyyətinə sərt müxalifdirlər və Rəcəb Tayyib Ərdoğanın mütləq hakimiyyətinə qəzəblidirlər. Bu iki şəxsin "B" planını işə salması, məhz Ərdoğana qaşı qəzəbin nəticəsidir". Politoloq onu da deyib ki, CHP və İYİ partiya anlaşması, AKP-MHP ittifaqı üçün surpiriz oldu: "Hətta, bu iki partiyanın ittifaqını hakim partiya siyasi əxlaqsızlıq və FETÖ ittifaqı da adlandırdı. Bu, açıqlamalardan görünür ki, iki partiyanın bir araya gəlməsi Türkiyə hakim partiyasında zəlzələ effekti yaradıb. 15 CHP millət vəkilinin İYİ partiyaya qoşulması, siyasi proseslərin AKP üçün asan olmayacağından xəbər verir". Məhəmməd Əsədullazadə hesab edir ki, CHP sədri seçkilərdə vahid namizəd olarsa, Ərdoğana uduzacağı şübhəsizdi: "Amma Meral Akşener müxalifətin vahid namizədi olarsa Ərdoğana ciddi rəqib olcağı, Qərbin Akşenere dəstək verəcəyi qaçılmaz olacaq. Meral Akşener seçkini ikinci tura keçirə biləcək gücə sahib ola bilər. Kamal Klıçdaroğlu müxalifətin zəif namizədidir. Məhz Baxçalı Ərdoğana, Kılıçdaroğlu isə Akşenere yaxınlaşmaqla öz siyasi mövqelərini qoruyurlar".