Avropa Birliyi hərbi gücünü artıracaq Siyasət

Avropa Birliyi hərbi gücünü artıracaq

Avropa Parlamenti hərbi gücünü artırmaq qərarına gəlib. AP-nin rəsmi saytı xəbər verir ki, AB hərbi korpusunu 4 dəfə artıraraq hazırki 18 tabor qrupundan 18 hərbi briqadalara qədər artırmağı planlaşdırır.
Avropa Parlamenti həmçinin bu qüvvələri rotasiya rejimindən daimi hazırlıq qüvvələrinin statusuna keçirməyi təklif edir.
"Strasburq, Şetsin və Munsterdə Avropa Korpusunun qərargahı əsasında daimi Avropa qabaqcıl qüvvələrinin yaradılması imkanının tədqiq edilməsi məqsədəuyğun görünür" sənəddə deyilir.
Bu təklif Beynəlxalq Əlaqələr Komitəsi və AP-nin iclası tərəfindən təsdiq edildikdən sonra etibarlı olacaq.
Amma hadisələrin bu cür inkişafı fonunda bu qərarın Avropa Komissiyası və AB şurası üçün tövsiyyə xarakteri daşıyacağı gözlənilir.
Qeyd edək ki, AB-nin 1,5 min nəfər heyətə sahib 18 tabor qrupu 2005-ci ildən birlik ölkələrinin milli silahlı qüvvələri əsasında formalaşmağa başlayıb və 2007-ci ildə tam əməliyyat hazırlığı səviyyəsinə çatıb.