“Sasna Tsrer” Paşinyan hakimiyyətini silkələyə bilər Siyasət

“Sasna Tsrer” Paşinyan hakimiyyətini silkələyə bilər

Hazırda Ermənistanda partiya olaraq çıxış edən "Sasna Tsrer" silahlı qruplaşması Paşinyana çağırış edərək öz siyasi yolunu açmağa cəhdlər edir. Qrup Paşinyanı verdiyi qərarlarda daha ciddi və kəskin olmağa səsləyir. Əgər kobud və sərt fəaliyyətlər yoxdursa, demək "Sasna Tsrer" qruplaşmasına siyasi meydan ehtiyac və zərurət yoxdur.
"Yalqız canavar" ləqəbli Arayik Xandoyanın dəfn mərasimində Varujan Avetisyanın çıxışı "Sasna Tsrer" qruplaşmasının naməlum statusu haqqında növbəti qaranlıq məqamların yaranmasına səbəb olub.
Avetisyan çıxışında Paşinyan hakimiyyətini tənqid edərək bildirib ki, xalqın mənliyinə və hüquqlarına qarşı, dövlətçiliyə qarşı davam edən təxribatlara son qoyulmasında həlledici və səmərəli addımlar atılması gecikdirilir və bütün üsyançılar dərhal azad edilməlidir.
"Üsyançılar qanunla günahsızdırlar. Üsyana qarşı qaldırılmış ittihama xitam verilməli, qurma cinayət işi qaldıranlar isə buna görə cavab verməlidirlər. Keçmiş hakimiyətdə vəzifə tutan bütün cəlladlar, o cümlədən bu gün polis rəisi olan Valeri Osipyan vəzifədən azad edilməli və türmələrdə yer tutmağa hazır olmalıdırlar", - deyə o bəyan edib.
"Sasna Tsrer" qruplaşması siyasətdə güc tətbiqindən imtina etsələr də, bu çağırışlardan imtina etməyiblər. Paşinyanın hakimiyyətə gəlməsindən sonra qruplaşmanın bir sıra üzvləri azad edilsə də, məhkəmələrdə cinayət işlərinin araşdırılması davam edir.
Maraqlıdır ki, bu qeyri-müəyyənliyi məhz Paşinyanın özü dərinləşdirir. Məsələn, bir tərəfdən "Facebook"da Xandoyanın ailəsinə başsağlığı verir, digər tərəfdən qruplaşmanın istəyinə zidd olaraq onun dəfnində iştirak etmir. Bir tərəfdən ittihamlara xitam verilmir, digər tərəfdən həbsdən azad edilirlər.
Burada məsələ Paşinyanın "Sasna Tsrer" qruplaşmasına qarşı hansı münbasibətdə olduğu deyil, məsələ, bu münasibətin ikili standart təşkil etməsidir.
Bu ikili standart və qeyri-müəyyənlik təhlükəli rol alır və təbii ki, o, ayağının qopmasından narahatdır. Qruplaşma seçkilərdə iştirak edərək, parlamentə keçməyə səs toplaya bilməsə nə baş verə biləcəyini təsəvvür edin...