Gürcü nazirdən Keşikçidağ çağırışı Siyasət

Gürcü nazirdən Keşikçidağ çağırışı

Bir daha hər kəsi Keşikçidağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıram.

Report xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

O, məbəd kompleksi yaxınlığında Azərbaycan tərəfdə texnikanın cəlb olunması haqqında məlumatlı olmadığını bildirib.

XİN başçısı bu barədə mediadan informasiya əldə etdiyini deyib:

“Bildiyiniz kimi delimitasiya komissiyasının Bakıda ilk iclası keçirilir. Bütün informasiyalar komissiya çərçivəsində yoxlanılacaq. Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir”.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri Keşikçidağ Məbəd-Kompleksi yaxınlığında Azərbaycan tərəfinin texnika cəlb etdiyi barədə əsassız məlumat yayıblar.