Bakı Limanının ATƏT-lə birlikdə icrasına başladığı layihənin dəyəri açıqlanıb Siyasət

Bakı Limanının ATƏT-lə birlikdə icrasına başladığı layihənin dəyəri açıqlanıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə icrasına başladığı “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin ümumi dəyəri 2,5 mln. avrodur.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi, səfir Vuk Zugic deyib.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi III tərəflərin iştirakı ilə mümkün olacaq: "Bu layihə ekstra maliyyələşmə layihəsidir. Onu maraqlı tərəflər maliyyələşdirəcək".