Prezident İlham Əliyev Elçin Mirzəbəylini təltif edib Siyasət

Prezident İlham Əliyev Elçin Mirzəbəylini təltif edib

Prezident İlham Əliyev "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədri, tanınmış analitik Elçin Mirzəbəylini "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.

E.Mirzəbəyli dövlət başçımıza minnətdarlığını bildirib: ""Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülənlərin sırasında olduğum üçün xöşbəxtəm. Mənim üçün çox böyük mənəvi dəyəri olan bu yüksək mükafata görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Tanrı Azərbaycanı qorusun!"