“Bu dəfə Qarabağ müharibəsi düşmənə güclü zərbələrlə müsahidə olunacaq” - Elnur Eltürk Siyasət

“Bu dəfə Qarabağ müharibəsi düşmənə güclü zərbələrlə müsahidə olunacaq” - Elnur Eltürk

“Bu dəfə Qarabağ müharibəsi düşmənə güclü zərbələrlə müsahidə olunacaq. İnsanlarımız və ordu arasında güclü vəhdət var”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk səsləndirib. Onun sözlərinə görə, 90-ci illərdə Qarabağ müharibəsində nizami ordumuz mövcud olmasa da, düşmən məğlub olmaq üzrə idi: “Torpaqlarımız uğrunda vətənpərvər oğullarımız döyüşürdülər. Təəssüf ki, daxili siyası çəkişmələr, kənar güclərin təsiri və başqa amillər müharibəni xeyrimizə həll etməyə imkan vermədi. Bu gün isə vəziyyət başqadır. Artıq nizami ordu formalaşıb. Ordumuz müasir silahlarla təmin olunub. Düşmən bir əsgərimizi şəhid edirsə, əvəzində 4 əsgəri məhv edilir. Bu yaxınlarda düşmənin ən güclü snayperi hesab edilən Abovyanın ağzından vurulması, İrəvana birbaşa mesaj idi: “Hər addımınız ağzınızdan vurulmaqla nəticələnəcək!”.