“Dəf edə bilməyəcəyimiz maneə yoxdur” Siyasət

“Dəf edə bilməyəcəyimiz maneə yoxdur”

“Türkiyə və Azərbaycan türkləri “Bir millət, iki dövlət” fikrini əldə rəhbər tutduqları təqdirdə, onların dəf edə bilməyəcəkləri maneə yoxdur”.
Bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız bir o qədər güclü olar”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib: “Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır. “Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”.
Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək üçün işlər aparılır: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”, - deyə Türkiyə Prezidenti vurğulayıb.