

11 İyul 16:12
11 İyul 13:56
Çin Xalq Respublikasında işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.